AnalitikaDünyaGündəmSiyasət

Vətən Müharibəsi və Jurnalistlərimizin İnformasiya Cəbhəsindəki Şücaəti

Azərbaycan mətbuatı 44 günlük Vətən müharibəsi və postmüharibə dövründə dövlətçilik maraqlarını uca tutaraq informasiya cəbhəsində böyük fədakarlıq nümayiş etdirmişdir. Fədakar Azərbaycan jurnalistləri cəbhə xəttində həm xəbər istehsalçısı kimi fəaliyyət göstərmiş, həm də düşmən təbliğatına qarşı informasiya mübarizəsinə öz sanballı töhfələrini vermişlər.

Bu günə qədər fasiləsiz davam edən informasiya müharibəsində jurnalistlərimizin peşəkarlığı yüksək qiymətləndirilir; Qarabağ uğrunda döyüşlərdə fərqlənən mətbuat işçilərinin müxtəlif medallarla təltif olunması dövlətin onlara olan böyük etimadının və diqqətinin təzahürüdür. Tarixi Zəfərimizin müjdəçisi olan milli mediamız müharibə dövründə üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib.

Hazırda da Azərbaycan mediası Ali Baş Komandan İlham Əliyevin bəyanatlarını, eləcə də işğaldan azad edilmiş ərazilərdəki həqiqətləri ölkə və dünya ictimaiyyətinə çatdırmaqda fəal və əvəzolunmaz rol oynayır.

Çinarə Musayeva,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button