Siyasət

  • Dağ-mədən sənayesində yeni inkişaf strategiyası

    Prezident İlham Əliyevin sədrliyi ilə sentyabrın 22-də keçirilən dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə Azərbaycanın qeyri-neft sektorunda yeni iqtisadi mərhələnin əsas istiqamətlərini müəyyənləşdirən mühüm tədbirlərdən biri oldu. Müşavirədə 2027–2030-cu illəri əhatə edən Dövlət Proqramının təqdim edilməsi ölkənin zəngin mineral resurslarından daha səmərəli istifadə olunması və onların iqtisadi dəyərinin artırılması baxımından qarşıya yeni vəzifələr qoyur.

    Yeni Dövlət Proqramının əsas xüsusiyyəti xammalın sadəcə hasil edilməsi ilə kifayətlənməmək, onun ölkə daxilində daha çox emal olunaraq yüksək əlavə dəyər yaratmasına nail olmaqdır. Bu yanaşma Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, yerli istehsal imkanlarının genişləndirilməsi və sənaye zəncirinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Proqram çərçivəsində dəmir filizi, alüminium, mis və qızıl əsas istiqamətlər kimi müəyyənləşdirilib.

    Qarşıya qoyulan hədəflər də kifayət qədər genişdir. 2030-cu ilədək dağ-mədən və metallurgiya sektorunun ÜDM-ə töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının isə 1,3 milyard manatdan 3,4 milyard manata çatdırılması nəzərdə tutulur. Bu məqsədlər üçün 2027–2030-cu illərdə 5,3 milyard manat investisiyanın yatırılması planlaşdırılır.

    Proqramın həyata keçirilməsi regionların sosial-iqtisadi inkişafına da mühüm təsir göstərə bilər. Yeni istehsal müəssisələrinin yaradılması, nəqliyyat və logistika xidmətlərinə tələbatın artması, yerli podratçı və təchizatçı şirkətlər üçün imkanların genişlənməsi əlavə iqtisadi fəallıq formalaşdıracaq. Bununla yanaşı, yeni iş yerlərinin açılması və ixtisaslı kadrlara tələbatın yüksəlməsi regionlarda məşğulluğun artmasına şərait yaradacaq.
    Dağ-mədən sənayesinin inkişafı Azərbaycanın sənaye potensialının möhkəmləndirilməsi ilə yanaşı, ixrac coğrafiyasının genişləndirilməsi üçün də imkanlar yaradır. “Söyüdlü”, “Ortakənd”, “Dəmirli”, “Filizçay” və digər yataqlar üzrə nəzərdə tutulan layihələr mineral ehtiyatların iqtisadi dövriyyəyə daha geniş cəlb olunmasına xidmət edir. Qarabağ və Şərqi Zəngəzurda geoloji kəşfiyyatın genişləndirilməsi də bu prosesin mühüm istiqamətlərindən biridir.

    Beləliklə, 2027–2030-cu illər üçün Dövlət Proqramı Azərbaycanın təbii sərvətlərinin iqtisadi potensiala çevrilməsində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Əsas məqsəd hasilatı artırmaqla yanaşı, emal sənayesini, yeni dəyər zəncirlərini, ixracı və regionlarda iqtisadi fəallığı gücləndirməkdir. Bu istiqamətdə atılan addımlar dağ-mədən və metallurgiya sənayesinin ölkə iqtisadiyyatının mühüm dayaqlarından birinə çevrilməsi üçün zəmin yaradır.

    Aynur Mehdiyeva,
    YAP Nizami rayon təşkilatının məsləhətçisi

Qarabağ və Şərqi Zəngəzur

    Analitika
    Oktyabr 13, 2026

    17 oktyabr Füzuli Şəhər Günü qürur və şərəf simvoludur

    Azərbaycanın cənub-qərb qapısı olan Füzuli rayonu bu gün ölkəmizin ən sürətlə inkişaf edən bölgələrindən biridir. Hər il oktyabrın 17-si qeyd…
    Analitika
    Oktyabr 13, 2026

    Füzuli Şəhəri Günü xalqımızın əyilməz iradəsinin və gücünün simvoludur

    Oktyabrın 17-si Azərbaycanın yaxın tarixinin qürurlu, əlamətdar və unudulmaz səhifələrindən biridir.Həmin gün Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Füzuli Şəhəri Günü…
    Analitika
    Oktyabr 13, 2026

    Füzuli Şəhər Günü: Böyük Qayıdışın təntənəsi 

    Azərbaycanın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazılmış Füzuli şəhərinin azad olunması xalqımızın birliyinin təntənəsidir. Hər il oktyabrın 17-si ölkəmizdə Füzuli Şəhəri…
    Back to top button