
Vətən müharibəsində iştirak edən və Qubadlının azadlığı uğrunda vuruşan gənclərimizin əksəriyyəti işğaldan sonra doğulan və ya uşaq yaşlarında yurdlarını tərk edən nəsildəndir. Buna baxmayaraq, onların qəlbində Vətənə olan sevgi və qisas odu heç vaxt sönməmişdi. Qubadlı döyüşlərində bu gənclər öz qanları ilə yeni tarix yaztılar.
Müasir gəncliyimizin vətənpərvərlik ruhu, hərbi texnologiyalara yiyələnmə bacarığı və igidliyi hər kəsi heyran etdi. Onlar Azərbaycan Ordusunun müzəffər əsgərləri kimi düşmənin darmadağın edilməsində əsas rol oynadılar. Şəhid olan gənclərimizin xatirəsi hər zaman qəlbimizdə əbədi yaşayacaqdır.
Qubadlının azad olunması gənclərimiz üçün həm də milli kimliyin və qürurun bərpası demək idi. İndi həmin gənclər azad edilmiş torpaqlarda həyatın bərpası prosesində də fəal iştirak edirlər. Onların enerjisi və təşəbbüskarlığı regionun gələcək inkişafına böyük töhfə verir.
Gənclərimizin qəhrəmanlığı Azərbaycanın gələcəyinin etibarlı əllərdə olduğunu bir daha sübut edir. Qubadlı uğrunda canından keçən oğullarımızın ruhu qarşısında baş əyirik. Onların şücaəti heç vaxt unudulmayacaq və nəsillərdən-nəsillərə ötürüləcəkdir.
Sevinc Bayramova,
YAP Nizami rayon təşkilatının “C.Naxçıvanski küçəsi, 160” ərazi partiya təşkilatının sədri



