Qubadlı rayonunun gələcək iqtisadi inkişaf perspektivləri və dövlət strategiyası

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Qubadlı rayonunun gələcək sosial-iqtisadi inkişafı ilə bağlı xüsusi proqnozlar və strategiyalar hazırlanmışdır. Rayonun iqtisadi potensialının tam şəkildə reallaşdırılması üçün dövlət büdcəsindən vəsaitlər ayrılır və yerli sahibkarlığa dəstək göstərilir. Qubadlı ölkənin iqtisadi xəritəsində mühüm istehsal və xidmət mərkəzinə çevrilməkdədir.
Dövlət strategiyasında rayonun sənaye, kənd təsərrüfatı, turizm və xidmət sahələrində inkişafı əsas hədəflər kimi müəyyən edilmişdir. Qubadlıda yaradılan sənaye məhəllələri və biznes zonaları yeni iş yerlərinin açılmasına təkan verir. Bu isə regionun iqtisadi müstəqilliyini təmin edir.
Hökumət tərəfindən sərmayədarlar üçün əlverişli şəraitin yaradılması məqsədilə mü müvafiq güzəştlər tətbiq olunur. Qubadlı rayonunun iqtisadi dirçəlişi ümumilikdə Şərqi Zəngəzur iqtisadi rayonunun inkişafına güclü təkan verir. Dövlət orqanları bu inkişaf prosesini qrafikə uyğun şəkildə tənzimləyirlər.
Bu iqtisadi strategiya Qubadlının tezliklə ölkənin ən dinamik inkişaf edən regionlarından birinə çevriləcəyini göstərir. Dövlətin həyata keçirdiyi bu islahatlar vətəndaşların rifah halının yüksəldilməsinə xidmət edir. Qubadlı iqtisadiyyatı yeni inkişaf dövrünü yaşayır.
Aysel Əliyeva,
YAP Nizami rayon təşkilatının “Rüstəm Rüstəmov küçəsi, 56” ərazi partiya təşkilatının sədr müavini


