AnalitikaGündəmSiyasət

Beynəlxalq Aləmdə Qubadlı Zəfərinin Əks-sədası

Azərbaycan Ordusunun Qubadlı rayonunu işğaldan azad etməsi benəlxalq miqyasda geniş əks-səda doğurdu. Dünyanın aparıcı KİV-ləri və hərbi analitikləri Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyətini və taktiki üstünlüklərini yüksək qiymətləndirdilər. Qubadlı əməliyyatı müasir hərb elminin dərsliklərinə düşəcək səviyyədə həyata keçirildi.

Bir çox ölkələr Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək hüququnu dəstəklədilər və qazanılan uğurları təqdir etdilər. Xüsusilə qardaş Türkiyənin və digər dost ölkələrin mənəvi dəstəyi xalqımıza əlavə güc verdi. Qubadlının azad olunması benəlxalq hüququn norma və prinsiplərinin bərpasının bariz nümunəsi oldu.

Ermənistanın təbliğat maşını Qubadlı istiqamətindəki məğlubiyyətlərini gizlədə bilmirdi. Düşmən tərəfinin ordusundakı ruh düşkünlüyü və fərarilik halları benəlxalq müşahidəçilər tərəfindən də qeyd olunurdu. Azərbaycan Ordusunun qətiyyəti qarşısında heç bir güc dayana bilmədi.

Bu zəfər həm də Cənubi Qafqazda yeni reallıqların yaranmasında mühüm rol oynadı. Regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın bərqərar olması üçün möhkəm zəmin yaradıldı. Qubadlı zəfəri benəlxalq hüququn zəfəri kimi tarixə düşdü.

Sevda Abdullayeva,
YAP Nizami rayon təşkilatının “Özbəkistan küçəsi, 11” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button