AnalitikaGündəmSiyasət

Bakı Enerji Həftəsi Azərbaycanın qlobal enerji liderliyini bir daha nümayiş etdirdi

Bakı Enerji Həftəsi hər il olduğu kimi bu il də dünyanın enerji sektorunda fəaliyyət göstərən aparıcı şirkətləri, dövlət rəsmilərini və ekspertləri bir araya gətirdi. Tədbir Azərbaycanın enerji sahəsində əldə etdiyi nailiyyətlərin nümayişi baxımından mühüm platformaya çevrildi.

Prezident İlham Əliyevin açılış mərasimində səsləndirdiyi fikirlər Azərbaycanın enerji siyasətinin uğurlarını bir daha ortaya qoydu. Bildirildi ki, ölkəmiz enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş kimi tanınır.

Son illərdə həyata keçirilən iri layihələr Azərbaycanın dünya enerji bazarındakı mövqeyini daha da gücləndirib. Xüsusilə neft və qaz ixracı istiqamətində əldə olunan nailiyyətlər beynəlxalq əməkdaşlığın genişlənməsinə şərait yaradıb.

Bakı Enerji Həftəsi çərçivəsində keçirilən görüşlər yeni investisiya imkanlarının yaranmasına da təkan verir. Bu tədbir enerji sahəsində innovativ yanaşmaların müzakirə olunduğu mühüm məkana çevrilib.

Azərbaycanın zəngin enerji ehtiyatları və müasir infrastrukturu ölkənin qlobal enerji bazarında rolunu artırır. Bu amillər ölkəmizin strateji əhəmiyyətini daha da yüksəldir.

Enerji layihələrinin uğurla həyata keçirilməsi iqtisadi inkişafın sürətlənməsinə, yeni iş yerlərinin açılmasına və əhalinin rifahının yüksəlməsinə xidmət edir.

Bütün bunlar göstərir ki, Bakı Enerji Həftəsi Azərbaycanın qlobal enerji liderliyini nümayiş etdirən mühüm beynəlxalq tədbir kimi öz əhəmiyyətini qoruyur.

Günel Kərimova,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button