
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana etdiyi dövlət səfəri iki dost və qardaş ölkə arasında münasibətlərin inkişafı baxımından mühüm hadisə oldu. Bu səfər qarşılıqlı etimadın və əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət etdi. Səfər zamanı Prezident İlham Əliyevlə keçirilən görüşlərdə ölkələr arasında siyasi, iqtisadi və humanitar əlaqələrin hazırkı vəziyyəti müzakirə edildi. Tərəflər əməkdaşlığın yeni istiqamətləri barədə də fikir mübadiləsi apardılar. Xüsusilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsi əsas müzakirə mövzularından biri idi. Hər iki ölkə zəngin enerji resurslarına malikdir və bu sahədə birgə fəaliyyət regionun inkişafına mühüm töhfə verə bilər. Nəqliyyat və logistika sahəsində də yeni imkanlar nəzərdən keçirildi. Azərbaycanın əlverişli coğrafi mövqeyi ilə Türkmənistanın tranzit potensialı birləşərək beynəlxalq yükdaşımaların inkişafına şərait yaradır. Səfər çərçivəsində bir sıra mühüm sənədlər imzalandı. Bu sənədlər iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin daha da genişlənməsinə zəmin yaradır. Türkmənistan Prezidenti Qarabağa və Şuşa şəhərinə də səfər etdi. Burada həyata keçirilən bərpa və quruculuq işləri ilə yaxından tanış oldu və görülən işləri yüksək qiymətləndirdi. Azərbaycan və Türkmənistan ortaq tarixə, mədəniyyətə və dostluq ənənələrinə malik ölkələrdir. Bu ortaq dəyərlər iki dövlət arasında münasibətlərin daha da möhkəmlənməsində mühüm rol oynayır. Bu dövlət səfəri göstərdi ki, Azərbaycan ilə Türkmənistan arasında əməkdaşlıq ildən-ilə inkişaf edir. Qarşılıqlı hörmət və etimada əsaslanan bu münasibətlər gələcəkdə də hər iki ölkənin maraqlarına xidmət edəcək. Ümumilikdə, Türkmənistan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi. Bu cür görüşlər regionda sabitliyin, əməkdaşlığın və iqtisadi inkişafın güclənməsinə mühüm töhfə verir. Əminliklə demək olar ki , Azərbaycan-Özbəkistan münasibətləri bundan sonra da yüksələn xətlə inkişaf edəcək, bu əməkdaşlıq həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verəcək.
Aynur Mehdiyeva,
YAP Nizami rayon təşkilatının məsləhətçisi



