AnalitikaGündəmSiyasət

Azərbaycan–Türkmənistan münasibətlərində yeni mərhələ

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri iki qardaş və dost ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsi baxımından mühüm hadisə kimi qiymətləndirilir. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlərdə siyasi dialoqun genişləndirilməsi, ticarət-iqtisadi əməkdaşlığın inkişafı, enerji, nəqliyyat-logistika, humanitar və mədəni əlaqələrin dərinləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Dövlət başçıları Azərbaycan ilə Türkmənistan arasında dostluq, qardaşlıq və qarşılıqlı etimada əsaslanan münasibətlərin strateji əhəmiyyətini vurğulayıblar. Görüşlər zamanı ikitərəfli əməkdaşlığın gələcək inkişaf perspektivləri müzakirə olunub, müxtəlif sahələr üzrə sənədlər imzalanaraq tərəfdaşlığın daha da genişləndirilməsi üçün yeni imkanlar yaradılıb.

Səfər çərçivəsində Prezident Sərdar Berdiməhəmmədov Qarabağ bölgəsinə də səfər edərək Füzuli və Şuşada aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri ilə tanış olub. Bu, Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirilən quruculuq layihələrinin beynəlxalq səviyyədə təqdim olunması baxımından da mühüm əhəmiyyət daşıyır.

Azərbaycan və Türkmənistan ortaq tarixə, mədəniyyətə və mənəvi dəyərlərə malik ölkələrdir. Qarşılıqlı səfərlər və yüksək səviyyəli siyasi dialoq iki ölkə arasında əməkdaşlığın daha da güclənməsinə, regionda sabitlik, qarşılıqlı etimad və davamlı inkişafın möhkəmlənməsinə mühüm töhfə verir.

Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri bir daha nümayiş etdirdi ki, dostluq və qardaşlıq prinsiplərinə söykənən Azərbaycan–Türkmənistan münasibətləri gələcək illərdə də yeni layihələr və təşəbbüslərlə daha da inkişaf edəcək.

Selcan Novruzova,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button