GündəmSiyasət

Milli ideoloji dəyərlərin təbliği və təhsil müəssisələrinin qarşısında duran vəzifələr diqqət mərkəzində olub

Milli ideoloji dəyərlərin təbliği və təhsil müəssisələrinin qarşısında duran vəzifələr diqqət mərkəzində olub

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Əliağa Kürçaylı küçəsi, 76” ünvanında yerləşən ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqdən irəli gələn vəzifələrə və ideoloji təhlükəsizliyin təmin olunmasında təhsilin roluna həsr olunmuş görüş keçirilib.

Görüşdə çıxış edən YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov YAP-ın VIII Qurultayında müəyyənləşdirilən prioritetlərin həyata keçirilməsində partiya üzvlərinin fəal iştirakının əhəmiyyətindən danışıb. O, müasir dövrdə informasiya təhlükəsizliyinin qorunmasının, milli maraqlara əsaslanan düşüncə tərzinin formalaşdırılmasının və gənclərin zərərli ideoloji təsirlərdən qorunmasının vacibliyini diqqətə çatdırıb.

238 nömrəli tam orta məktəbin direktoru Xuraman Osmanova çıxışında təhsil müəssisələrinin şagirdlərin şəxsiyyət kimi formalaşmasında, milli kimlik şüurunun və vətəndaşlıq məsuliyyətinin inkişaf etdirilməsində rolunu vurğulayıb. O, tədris prosesində milli-mənəvi dəyərlərin aşılanmasının, müasir təlim yanaşmalarının tətbiqinin və gənc nəslin müstəqil düşüncə bacarıqlarının inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.

Digər iştirakçılar da çıxışlarında YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrin icrası, təhsil müəssisələrində ideoloji maarifləndirmə işinin gücləndirilməsi, məktəb və ailə arasında əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də gənclərin milli-mənəvi dəyərlərə bağlı vətəndaşlar kimi yetişdirilməsi məsələlərinə toxunublar.

Görüşdə vurğulanıb ki, ideoloji təhlükəsizliyin təmin olunması, milli dövlətçilik prinsiplərinin qorunması və sağlam düşüncəli gənc nəslin formalaşdırılması istiqamətində təhsil müəssisələrinin üzərinə mühüm vəzifələr düşür.

Oxşar Xəbərlər

Back to top button