AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Zəfərdən Doğulan Mənəvi Bütövlük

Böyük qələbələr xalqları daxildən möhkəmləndirən, onları tək bir ruh ətrafında birləşdirən mənəvi bütövlük yaradır. Zəfər Günü müxtəlif baxışları, fərqli düşüncələri tək bir ümumi amal – Vətən sevgisi ətrafında birləşdirən müqəddəs bağdır. Bu bütövlük cəmiyyətimizi hər cür sınaqdan qoruyan ən güclü qalxandır.

İnsanlar hiss edirlər ki, tək olanda deyil, birlikdə olanda nələrə qadir ola bilərlər. Bu dərk etmə cəmiyyətdə qarşılıqlı hörmət, sevgi və həmrəylik mühitini daha da gücləndirdi. Mənəvi bütövlük xalqın daxili gücünü artıran əsas mənbədir.

Bu birlik və bütövlük hissi hər bir azərbaycanlının qəlbində əbədi olaraq yaşayacaqdır. O, bizi gələcəkdə qazanılacaq yeni uğurlara aparan ən etibarlı yoldaşdır. Birlik olan yerdə həmişə bərəkət və zəfər var.

Zəfər Günü həmin mənəvi bütövlüyün ən uca təntənəsidir. Bu bütövlük heç vaxt pozulmayacaqdır.

Zəhra Xudiyeva,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button