AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Xocalı, Xankəndi və Ağdərə: Antiterror Əməliyyatının Zəfər Vəchləri və Böyük Dirçəliş

2023-cü ilin sentyabr ayında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın hərb və siyasət dastanına qızıl hərflərlə yazıldı. Cəmi 24 saatdan az müddətdə həyata keçirilən dəqiq və peşəkar əməliyyat nəticəsində Xocalı, Xankəndi və Ağdərə şəhərləri separatçı unsurlardan tamamilə təmizləndi. Bu tarixi zəfər, illər boyu xalqımızın qəlbində qalan nisgilə son qoyaraq ölkəmizin suverenliyini hər bir qarış torpağımızda qəti və dönməz şəkildə bərpa etdi.

Antiterror əməliyyatından dərhal sonra hər üç şəhərdə genişmiqyaslı bərpa, yenidənqurma və infrastruktur layihələrinə start verildi. Xocalıda doğma yurduna qayıdan sakinlərin rahatlığı üçün yeni yaşayış məhəllələri salındı, Xankəndi Qarabağ Universiteti ilə regionun elm və mədəniyyət mərkəzinə çevrildi, Ağdərənin isə zəngin təbii resursları və iqtisadi potensialı yenidən ölkə həyatına inteqrasiya olundu. Bir vaxtlar separatizmin kölgəsində qalan bu şəhərlər indi sürətli inkişaf və quruculuq meydanıdır.

Xocalı, Xankəndi və Ağdərə şəhərləri gününün qeyd olunması yalnız keçmiş qalibiyyətin anılması deyil, həm də gələcəyə inamla addımlayan qüdrətli Azərbaycanın təzahiridir. Şəhidlərimizin qanı və rəşadətli Ordumuzun şücaəti sayəsində azad edilən bu torpaqlarda üçrəngli bayrağımızın əzəmətlə dalğalanması milli qürurumuzun zirvəsidir. Bu gün həmin şəhərlər sülhün, təhlükəsizliyin və əbədi birliyin rəmzi olaraq gələcək nəsillərə şanlı bir irs kimi ötürülür.

Elxan İskəndərov,
YAP Nizami rayon təşkilatının “Heydər Əliyev prospekti, 142” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button