AnalitikaDünyaGündəmSiyasət

Tarixi və Mədəni Bağlar: Çingiz Aytmatovdan Gələn Qardaşlıq

Azərbaycan və qırğız xalqlarını birləşdirən ən güclü tellərdən biri də ortaq tarix, mədəniyyət və görkəmli şəxsiyyətlərə bəslənilən dərin hörmətdir. Xalqlarımızın ortaq mənəvi sərvətinə çevrilmiş dünya şöhrətli yazıçı Çingiz Aytmatovun irsi bu əlaqələrin təməl daşlarından birini təşkil edir. Onun fəlsəfəsi və yaradıcılığı hər iki ölkədə böyük sevgi ilə qarşılanır.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Bakı şəhərində Çingiz Aytmatovun adını daşıyan parkın və onun əzəmətli abidəsinin açılışı mənəvi bağlarımızın ən gözəl təzahürüdür. Səfər çərçivəsində dövlət başçılarının görüş keçirdiyi evdə belə böyük yazıçının portretinin asılması, onun həyat və fəaliyyətinin xalqlarımız üçün nə qədər əziz olduğunu göstərir.

Bu cür tarixi və mədəni abidələr, ortaq dəyərlərimizin rəsmiləşməsi bizi bir-birimizə daha da yaxınlaşdırır. Çingiz Aytmatovun xatirəsinə göstərilən bu dövlət səviyyəli ehtiram, Azərbaycan və Qırğızıstan arasında mənəvi körpülərin qırılmaz və əbədi olduğunu bütün dünyaya nümayiş etdirir.

Çinarə Musayeva,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button