AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Sülh və Əmin-amanlıq Gətirən Haqq Savaşı

Hər bir haqq savaşı əslində ədalətin bərqərar olması və uzunmüddətli sülhün təmin edilməsi məqsədi daşıyır. Azərbaycanın apardığı mübarizə də məhz regionda sülhün, sabitliyin və qarşılıqlı etimadın yaradılmasına xidmət edirdi. Zəfər Günü bu haqq savaşının şanlı sonu olmaqla yanaşı, həm də yeni bir dönəmin başlanğıcıdır.

Güclü dövlət olmaq həm də güclü sülh tərəfdarı olmaq deməkdir. Qalib gələn tərəf olaraq Azərbaycan bölgədə inkişafın, əməkdaşlığın və tərəqqinin təmin olunması üçün əlindən gələni edir. Bu yanaşma ölkəmizin sülsevər siyasətinin bariz nümunəsidir.

Sülh və əmin-amanlıq şəraitində yaşamaq hər bir xalqın ən təbii arzusudur. Zəfər bu arzunun gerçəkləşməsi üçün möhkəm zəmin yaratdı. İnsanlar artıq gələcəyə daha sakit, daha əmin və rahat baxırlar.

Zəfər Günü bizə sülhün və ədalətin dəyərini bir daha xatırladır. Haqq uğrunda aparılan mübarizənin sonunda əldə edilən sülh hər zaman daha dayanıqlı və əmin olur. Azərbaycan öz zəfəri ilə regiona əbədi sabitlik gətirdi.

Sevinc Salayeva,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button