
Azərbaycan və Slovakiya arasındakı səmimi dostluq münasibətləri Qarabağın dirçəlişi və yenidənqurma prosesində atılan real addımlarla özünü doğruldur. Şuşada keçirilən görüş zamanı xüsusi diqqət çəkən məqamlardan biri Ağdamın Baş Qərvənd kəndinin yenidən qurulmasının Slovakiya şirkətinə həvalə edilməsi oldu.
“Ağıllı kənd” konsepsiyası əsasında həyata keçirilən bu layihə göstərir ki, xarici tərəfdaşlarımız Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin inkişafına böyük maraq göstərir və ölkəmizin yaratdığı investisiya mühitinə güvənirlər. Bu əməkdaşlıq həm də slovak mütəxəssislərinin müasir texnologiyalarının Qarabağa gətirilməsi deməkdir.
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, biz sözdə deyil, əməldə görünən konkret layihələrin icrasına üstünlük veririk. Baş Qərvənd kəndi iki ölkənin qardaşlıq və səmimi tərəfdaşlıq simvolu kimi gələcək nəsillərə böyük bir miras olacaqdır.
Eyyub Cumayev,
YAP Nizami rayon təşkilatının fəalı



