Qürurla Ucalan Zirvələr Diyarı

25 noyabr 2020-ci il tarixi Kəlbəcərin zamanın ağır sınaqlarından qalib çıxaraq əbədi azadlığına qovuşduğu gündür. İşğal illərinin bütün çətinliklərinə və dağıntılarına baxmayaraq, bu torpaq öz ruhunu itirmədi və əsl sahiblərinin yolunu gözlədi. Azərbaycan əsgərinin qətiyyəti və dövlətimizin siyasi iradəsi bu həsrətə birdəfəlik son qoydu.
Bu gün Kəlbəcərdə həyat yenidən canlanır və hər tərəfdə quruculuq nəfəsi hiss olunur. Ən müasir standartlara uyğun çəkilən yollar, tikilən məktəblər, bərpa olunan bulaqlar və qayıdan sakinlər bu diyarın yeni tarixini yazırlar. Kəlbəcər sürətlə müasir və dayanıqlı inkişaf mərkəzinə çevrilir.
Kəlbəcərin azad olunması tarixi ədalətin bərpası ilə yanaşı, gələcək nəsillər üçün böyük bir vətənpərvərlik məktəbidir. Bu torpaqlar xalqımızın birliyinin, səbrinin və qalibiyyət əzminin canlı abidəsidir. Artıq bu diyarın səmasında yalnız sülh və əmin-amanlıq buludları dolaşır.
Qürurla ucalan zirvələr diyarı olan Kəlbəcər bundan sonra daim Azərbaycanın ayrılmaz və çiçəklənən guşəsi kimi yaşayacaqdır. Zirvələrdə dalğalanan bayrağımız bu əbədi azadlığın sarsılmaz təminatıdır. Kəlbəcər daim bizimlədir!
Aytən İsmayılova,
YAP Nizami rayon təşkilatının fəalı



