AnalitikaGündəmSiyasət

Prezident İlham Əliyevin Naxçıvandan verdiyi müsahibə: yeni inkişaf mərhələsinin strateji istiqamətləri

Prezident İlham Əliyevin 11 avqust 2026-cı ildə Naxçıvanda Azərbaycan Televiziyasına verdiyi müsahibə, mahiyyət etibarilə, muxtar respublikanın gələcək inkişaf modelinə dair geniş strateji baxış ortaya qoyur.

Müsahibədən aydın olur ki, Naxçıvanın qarşısında yeni inkişaf mərhələsi dayanır. Bu mərhələnin əsassütunlarını təhlükəsizlik, sənayeləşmə, enerjimüstəqilliyi ixracı, nəqliyyat-logistika imkanlarınıngenişləndirilməsi, kənd təsərrüfatının inkişafı, turizm, sosial infrastruktur tarixi-mədəni irsin qorunmasıtəşkil edir.

Xüsusilə Zəngəzur dəhlizinin reallaşması Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə quru əlaqəsinin bərpası baxımından tarixi əhəmiyyət daşımaqla yanaşı, bölgənin beynəlxalq nəqliyyat və enerji xəritəsində mövqeyini də əhəmiyyətli dərəcədə dəyişə bilər. Prezidentin müsahibədə təqdim etdiyiyanaşmaya əsasən, gələcəkdə Naxçıvan Şərq-Qərb Şimal-Cənub dəhlizlərinin qovşağında yerləşən, enerjiistehsal ixrac edən, sənaye turizm imkanlarıgenişlənən mühüm regional mərkəzə çevrilə bilər.

Bu baxımdan 11 avqust müsahibəsini yalnız Naxçıvanda görülən işlərin yekunu kimi deyil, həm də Azərbaycanın postmüharibə dövründə qarşıya qoyduğu yeni iqtisadi və geostrateji hədəflərin ifadəsi kimi qiymətləndirmək mümkündür. Naxçıvanın inkişafınadair təqdim olunan genişmiqyaslı layihələr uzunmüddətli planlar Azərbaycanın regionalinteqrasiya, enerji təhlükəsizliyi nəqliyyatbağlantılarının genişləndirilməsi istiqamətində ardıcılsiyasətinin mühüm tərkib hissəsidir.

Oxşar Xəbərlər

Back to top button