Analitika

Müzəffər Liderin-Düşənbə məşvərəti

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabrın 14-də Tacikistan Respublikasının paytaxtdı Düşənbə şəhərinə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə iştirak etmişdir.Bu görüşə fəxri qonaq qismində cənab prezidentin dəvət alması nəinki regionda, hətta Mərkəzi Asiya dövlətləri nəzdində Azərbaycanın artan nüfuzundan xəbər verir. Çünki, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında çoxəsrlik qardaşlıq münasibətləri mövcuddur. Bu münasibətlərin əsasını ortaq dini və mədəni köklər təşkil edir. Artıq otuz ildən çoxdur ki, Asiya dövlətləri ilə Azərbaycan Respublikası arasında çox sahədə əməkdaşlıq aparılır. Bunlar həm iki tərəfli, həmdə çoxtərəfli əməkdaşlıqlardır. Mərkəzi Asiya dövlətləri və ölkəmiz bir birinin ərazi bütövlüyünü və suverenliyini daim təsdiqləmiş, və bu istiqamətdə bütün platformalarda istər siyasi, hərbi, iqtisadi və mədəni sahələrin inkişafı üçün bütün imkanlardan istifadə etmişlər. Cənab prezidentin son iki il ərzində Mərkəzi Asiya ölkələrinə doqquz dəfə səfər etməsi, onun Mərkəzi Asiya ölkələrii ilə Azərbaycan arasındakı sıx dostluq əlaqələrinə böyük önəm verməsindən xəbər verir. İkitərəfli əməkdaşlığın meyarlarından biri dost ölkələr arasında ticarətin və qoyulan sərmayələrin artımıdır. Bu artım dayanmadan artır. Misal olaraq  keçən il ticarət dövriyyəsi üç dəfə, bu il isə,yeddi ay ərzində əlli faiz artmışdır. Bundan da əlavə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mərkəzi Asiya ölkələri ilə bir çox sahədə xüsusilədə sənaye, maşınqayırma, gəmiqayırma və avtomobil sənayesi sahələrində çoxsaylı layihələrin həyata keçirilməsini həyata keçirir.Belə layihələrlə yanaşı, kənd təsərrüfatı xüsusəndə pambıqçılıq ipəkçilik bağçılıq və heyvandarlıq sahələri üzrə layihələr də istisna deyil.Nəqliyyat və logistika sahələridə dost ölkələr arasında mühüm yerlərdən birini tutur.Buda bir həqiqətdir ki Azərbaycan Türkiyə və Avropa ölkələri ilə Mərkəzi Asiya Dövlətləri arasında bir tranzit ölkə rolunu oynayır. Çünki Azərbaycanın nəqliyyat-logistika infrastrukturu dost qardaş ölkələr üçün hər zaman açıqdır.Nəqliyyatdan söz düşmüşkən onuda vurğulamaq lazımdır ki, Bakı-Tibilisi-Qars dəmir yolunun müasirləşdirilməsi, Şərq-Qərb marşrutu üzrə artan yükdaşımalara təlabatı təmin etmək məqsədi daşıyır. Cənab Prezident öz tarixi nitqində yükdaşımalarda ki, artımın beş milyon tona qədər artacağı müjdəsini verməsi, ikitərəfli münasibətlərin nə qədər önəmli xarakter daşıdığını bir daha sübut edir.Sevindirici hal  kimi, onu da qeyd etmək olar ki, Bakı Ticarət Limanının imkanları bü günki on beş milyon tondan iyirmi beş milyon tona qədər artırılır. Məhs ölkə başçısının rəhbərliyi altında Azərbaycanın Mərkəzi Asiya ölkələrinə verdiyi qardaş töhfələri bugün həm Azərbaycana həm də cənab Ali Baş Komandana olan sarsılmaz inamın və etibarın təməlini təşkil edir.

Əyyub Cumayev,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button