AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Əbədi Suverenliyin Dağlardakı İmzası

25 noyabr 2020-ci il Kəlbəcərin azadlıq salnaməsinin ən parlaq səhifəsi kimi əbədi yaşayacaqdır. İllərlə davam edən işğalın və dağıntıların ardından bu strateji bölgənin geri qaytarılması Azərbaycan xalqının əzminin və yenilməz iradəsinin qələbəsi oldu. Zirvələrdə ucalan bayrağımız bütün dünyaya Azərbaycanın suverenliyinin toxunulmazlığını bəyan etdi.

Bu gün Kəlbəcər artıq müharibə və həsrət deyil, sülh, tərəqqi və müasir inkişafın ünvanıdır. Bölgədə həyata keçirilən “ağıllı kənd” layihələri, yaşıl enerji zonaları və müasir yol şəbəkəsi bu torpağın simasını tamamilə dəyişir. Bərpa olunan hər bir ocaq gələcəyə doğru atılan inamlı bir addımdır.

Kəlbəcərin dirçəlişi bütövlükdə Azərbaycanın gücünün, mədəniyyətinin və quruculuq ruhunun göstəricisidir. Bu torpaqların azadlığı ilə tarixi yaddaşımız yeniləndi, milli birliyimiz daha da möhkəmləndi. Kəlbəcər bundan sonra daim sabitliyin və firavanlığın məkanı olacaqdır.

Əbədi suverenliyimizin dağlardakı imzası olan azad Kəlbəcər gələcək nəsillərə abad və güclü şəkildə ötürülür. Azərbaycanın ayrılmaz parçası kimi daim parlayacaq bu diyar əbədi olaraq bizimdir!

Günel Kərimova,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button