Analitika

Dövlət başçısının 20 sentyabr tarixində xalqa müraciəti ölkəmiz üçün yeni mərhələnin başlanğıcı kimi xarakterizə oluna bilər

“Prezident İlham Əliyevin xalqa müraciətində antiterror əməliyyatından sonra regionda vəziyyətin dəyişəcəyi, kriminal rejimin süqutundan sonra gərginlik mənbəyinin keçmişdə qaldığını qeyd edib. Dövlət başçımız Azərbaycan Ordusunun qarşıya qoyulan vəzifəni peşəkarlıqla yerinə yetirməsi, qəhrəmanlıq və şücaət göstərməsini xüsusi vurğulayıb. Azərbaycan qısamüddətli lokal xarakterli antiterror tədbirləri nəticəsində cəmi bir günə qarşıya qoyulan vəzifələri yerinə yetirib. Cənab Prezodentin sözlərinin təbiri ilə desək, terroristlər onların təxribatlarına layiqli cavab veriləcəyini bir daha anladılar”.

Bunu “İcxeberinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, hazırkı antiterror əməliyyatından sonra Cənubi Qafqaz regionunda yeni güc mərkəzi yaranır. Bu, Azərbaycan və Türkiyədir. Kriminal xunta rejimi təslim olandan sonra bu gərginlik mənbəyi, bu zəhər yuvasının artıq tarixdə qaldıvə Qarabağda yaşayan erməni əhalisi də nəhayət rahat nəfəs ala biləcək. Dövlət başçımızın xalqa müraciət zamanı dediyi kimi, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək. Çünki bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz də yoxdu.

“Prezident İlham Əliyev növbəti dəfə dünyaya xalqımızın humanistliyini, sülhpərvərliyini, sivilliyini nümayiş etdirdi. Biz öz torpağımızda yaşayırıq, ölkəmizi istədiyimiz kimi inkişaf etdiririk, qonşularımızla sülh şəraitində yaşayırıq, heç kimin torpağında gözümüz yoxdur, ancaq bizə qarşı uzadılan əlləri hər an kəsməyə hazırıq. Necə ki, bunu son üç ildə dəfələrlə sübut etmişik. Əlbəttə ki, ermənilər qanunlarımızın aliliyini qəbul etdikləri halda Qarabağda qalıb yaşayacaqlar. Əli xalqımızın qanına bulaşmayan, dövlətimizə qarşı cinayətlər törətməyənlərin hər birimiz kimi konstitusion hüquqları, din, dil azadlıqları təmin ediləcək. Onların sosial rifahları təmin ediləcək, Azərbaycan cəmiyyətinə tam inteqrasiya olunacaqlar. Prezidentimiz bunun təminatını verir. Bütün dünya bilir ki, Azərbaycanın dövlət başçısı nəyi deyibsə, mütləq reallaşdırıb”.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin 20 sentyabr tarixində xalqa müraciəti tarixi çıxış idi. Azərbaycan xalqı öz liderinin nitqi ilə bir daha göstərdi ki, müstəqilliyin qorunub-saxlanmasında qətiyyətlidir, hüquqlarını həll edə bilir, ərazisində hər hansı separatçı qurumun mövcudluğuna, başqa dövlətin daxili işlərimizə qarışmasına heç vaxt imkan verməyəcək.

Oxşar Xəbərlər

Back to top button