AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Bütöv Azərbaycanın Döyünən Qəlbi

25 noyabr 2020-ci il tarixi Kəlbəcərin azadlığa qovuşaraq bütöv Azərbaycanın döyünən qəlbinə çevrildiyi gündür. Uzun illər işğal altında qalan bu zəngin və strateji bölgənin geri qaytarılması xalqımızın sarsılmaz iradəsinin və ordumuzun gücünün təntənəsi oldu. Bu qələbə tarixi ədalətin bərpasının ən parlaq səhifəsidir.

Hazırda Kəlbəcərdə aparılan bərpa və quruculuq işləri bütün ölkənin diqqət mərkəzindədir. Çəkilən müasir yollar, yaradılan yaşıl enerji mənbələri, tikilən məktəblər və doğma ocaqlarına qayıdan insanlar bu torpağa yeni həyat bəxş edirlər. Kəlbəcər sürətlə ölkənin ən müasir və abad bölgələrindən birinə çevrilir.

Bu azadlıq xalqımızın mənəvi birliyini daha da gücləndirdi və gələcəyə olan inamını artırdı. Kəlbəcərin təbii gözəllikləri, tarixi abidələri və mədəni irsi yenidən öz doğma sahiblərinin qayğısı ilə əhatə olunub. Bu torpaqlar daim sülh və tərəqqi içində yaşayacaqdır.

Bütöv Azərbaycanın döyünən qəlbi olan Kəlbəcər gələcək nəsillərə azad, abad və güclü şəkildə əmanət edilir. Uca zirvələrdə dalğalanan üçrəngli bayrağımız bu əbədi azadlığın sarsılmaz simvoludur. Kəlbəcər əbədi olaraq bizimdir!

Elxan İskəndərov,
YAP Nizami rayon təşkilatının “Heydər Əliyev prospekti, 142” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button