
Azərbaycanın həyata keçirdiyi müstəqil və milli maraqlara əsaslanan xarici siyasət ölkəmizi beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə əldə olunan uğurlar Azərbaycanın həm siyasi, həm də iqtisadi baxımdan mövqeyini daha da gücləndirib. Bu gün ölkəmiz regional və qlobal əhəmiyyətli layihələrin fəal iştirakçısı olmaqla yanaşı, beynəlxalq əməkdaşlığın inkişafına da mühüm töhfələr verir.
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri iki tərəf arasında münasibətlərin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdi. Görüşlər zamanı enerji təhlükəsizliyi, ticarət əlaqələri, yaşıl enerji, nəqliyyat-kommunikasiya layihələri və regional sabitlik məsələləri ətrafında səmərəli fikir mübadiləsi aparıldı. Bu, qarşılıqlı etimadın və strateji tərəfdaşlığın daha da möhkəmləndiyini göstərir.
Azərbaycanın həyata keçirdiyi enerji siyasəti Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir. Bununla yanaşı, ölkəmizin bərpaolunan enerji sahəsində atdığı addımlar gələcəyə hesablanmış inkişaf strategiyasının uğurla icra olunduğunu təsdiqləyir. Nəqliyyat dəhlizlərinin inkişafı isə Azərbaycanın beynəlxalq logistika mərkəzi kimi əhəmiyyətini daha da artırır.
Ölkəmiz bütün tərəfdaşları ilə münasibətlərini qarşılıqlı hörmət, etimad və beynəlxalq hüququn norma və prinsipləri əsasında qurur. Məhz bu siyasət nəticəsində Azərbaycan qlobal miqyasda etibarlı və məsuliyyətli dövlət kimi tanınır.
Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində Azərbaycan bundan sonra da beynəlxalq əməkdaşlığın genişlənməsinə, regional sabitliyin möhkəmlənməsinə və iqtisadi inkişafın sürətlənməsinə öz töhfəsini verməyə davam edəcək.
Regina Kovalyova,
YAP Nizami rayon təşkilatının fəalı



