AnalitikaDünyaGündəmSiyasət

“Ağ pələnglə görüş”: Dostluğun kino salnaməsi

Azərbaycan ilə Vyetnam arasında dostluq yalnız siyasi və iqtisadi əlaqələrdə deyil, mədəniyyət sahəsində də öz əksini tapıb. İki xalqın bir-birini tanıması, həyat tərzini və əmək ənənələrini öyrənməsi mədəni əməkdaşlığın mühüm istiqamətlərindən olub. Bu baxımdan “Ağ pələnglə görüş” sənədli filmi xüsusi maraq doğurur.

1988-ci ildə “Azərbaycanfilm” kinostudiyasında rejissorlar Yalçın Əfəndiyev və Çayn Ayn Çanın birgə ərsəyə gətirdikləri film Bakı ilə Vyetnamın Vunq Tau şəhəri arasında qardaşlaşma münasibətlərindən bəhs edirdi. Ekran əsərində Xəzər və Vyetnam neftçilərinin əməkdaşlığı, onların peşəkar fəaliyyəti və dostluq münasibətləri əks olunurdu.

Filmin səsləndirilməsində Xalq artisti Rafiq Hüseynlinin iştirakı ekran əsərinin bədii dəyərini artırıb. Sənədli film iki ölkənin sənaye əməkdaşlığını insan münasibətləri və mədəni yaxınlıq prizmasından təqdim edirdi.

“Ağ pələnglə görüş” yalnız müəyyən bir dövrün hadisələrini qeydə alan film deyil. O, Azərbaycan–Vyetnam dostluğunun yaddaşını qoruyan və gələcək nəsillərə ötürən mədəni sənəddir.

Bu gün həmin film iki ölkə arasında mövcud olan tarixi əlaqələrin öyrənilməsi baxımından əhəmiyyətlidir. Mədəniyyət vasitəsilə qurulan dostluq siyasi və iqtisadi münasibətləri tamamlayaraq xalqlar arasında mənəvi yaxınlığı daha da gücləndirir.

Bahadur Şahverdiyev,
YAP Nizami rayon təşkilatının “Oqtay Vəliyev küçəsi, 72 ” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button