AnalitikaGündəmSiyasət

Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının və böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın əhəmiyyəti

Azərbaycan paytaxtı Bakıda keçirilən iki mühümbeynəlxalq tədbir – Türk Dövlətləri Təşkilatının MüsəlmanDini Rəhbərləri Şurasının 7-ci toplantısı böyükAzərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsrolunmuş beynəlxalq konfrans ölkəmizin beynəlxalq dini-mədəni münasibətlər sistemində artan rolunu bir dahanümayiş etdirdi. Ayrı-ayrı formatlarda keçirilən butədbirlərin eyni günlərə təsadüf etməsi isə onları məzmunbaxımından bir-birinə bağlayan mühüm mənəvi siyasiməqamları ortaya qoydu. Prezident İlham Əliyevin sentyabrın 15-də hər iki tədbirin iştirakçılarından ibarətnümayəndə heyətini qəbul etməsi bu baxımdan xüsusiəhəmiyyət daşıyır.

 

Dövlət başçısının qəbul zamanı səsləndirdiyi fikirlərgöstərdi ki, məsələyə yalnız iki beynəlxalq tədbirinkeçirilməsi kimi yanaşmaq düzgün olmazdı. BuradaAzərbaycanın Türk dünyası, İslam aləmi Qafqazla bağlıbaxışlarının mühüm istiqamətləri öz əksini tapır. Prezidentİlham Əliyevin “bu iki tədbirin eyni vaxtda Bakıdakeçirilməsinin böyük mənası var” fikri məhz bu məqamıifadə edir. Bir tərəfdən Türk Dövlətləri Təşkilatının diniliderləri ortaq mənəvi dəyərlər ətrafında bir araya gəlir, digər tərəfdən Azərbaycanın böyük mütəfəkkirinin irsibeynəlxalq elmi-mədəni müzakirələrin predmetinə çevrilir.

 

Prezidentin çıxışında Seyid Yəhya Bakuvinin xüsusi qeydolunması təsadüfi deyil. Dövlət başçısının Nizami Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi, Seyid Yəhya Bakuvi, Şah İsmayıl Xətai Məhəmməd Füzuli kimi böyükşəxsiyyətlərin adlarını bir sırada çəkməsi Azərbaycanıntarixi-mədəni irsinin miqyasını göstərən mühüm mesajdır. Bu şəxsiyyətlərin irsi yalnız milli yaddaşımızın bir hissəsideyil, eyni zamanda Şərq İslam dünyasının elmi, fəlsəfi ədəbi düşüncəsinin inkişafına mühüm töhfə verənümumbəşəri sərvətdir.

 

Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalqkonfransın keçirilməsi bu baxımdan xüsusi mənadaşıyır. Belə tədbirlər Azərbaycan tarixinin mənəviirsinin yalnız keçmişin yadigarı kimi deyil, müasir dövrünelmi mədəni dialoqunun mühüm komponenti kimitəqdim edilməsinə imkan yaradır. Bakuvi irsinin beynəlxalqsəviyyədə araşdırılması Azərbaycanın öz tarixişəxsiyyətlərinin irsinə sahib çıxmaqla yanaşı, həmin irsidaha geniş coğrafiyada tanıtmaq siyasətinin davamı kimiqiymətləndirilə bilər.

 

Digər mühüm məqam Türk dünyasında dini həmrəyliyingücləndirilməsidir. TDT-nin Müsəlman Dini RəhbərləriŞurasının 7-ci toplantısının Bakıda keçirilməsi göstərir ki, Türk Dövlətləri Təşkilatında əməkdaşlıq artıq yalnız siyasi, iqtisadi nəqliyyat məsələləri ilə məhdudlaşmır. Ortaqtarix, mədəniyyət mənəvi dəyərlər Türk dünyasınıninteqrasiya prosesində mühüm amilə çevrilir. TDT Baş katibinin görüşdə Türk dünyasında 60-dan çox sahədəəməkdaşlığın mövcud olduğunu din sahəsinin buistiqamətlərdən biri olduğunu vurğulaması bunu təsdiqedir.

 

Prezident İlham Əliyevin çıxışında dini liderlərin rolunaverdiyi qiymət diqqətəlayiqdir. Müasir dünyada müxtəlifdini siyasi qarşıdurmaların mövcud olduğu bir şəraitdədini liderlərin əsas missiyalarından biri cəmiyyətləriqarşıdurmaya deyil, sülhə, həmrəyliyə qarşılıqlıhörmətə yönəltməkdir. Bu baxımdan Bakı görüşününəhəmiyyəti yalnız iştirakçıların coğrafiyası ilə deyil, verilənmesajların məzmunu ilə ölçülür. Azərbaycanın təqdimetdiyi yanaşmada din ayrılıq qarşıdurma vasitəsi deyil, insanları birləşdirən mənəvi dəyər kimi önə çıxır.

 

Görüşdə Qarabağ mövzusunun Ağdam məscidinin gündəmə gəlməsi bu mənəvi xəttə əlavə siyasi məna verir. Ağdam məscidinin işğal dövründə yaşadığı faciə sonradan onun bərpası Azərbaycanın tarixi yaddaşınınmühüm səhifələrindəndir. Dini liderlərin həmin məkandabir araya gəlməsi tarixi yaddaşla gələcəyə baxışın eyniplatformada ifadəsinə çevrilir. Prezidentin Ağdamməscidinin tarixindən danışması bərpa prosesininmüharibədən dərhal sonra başladığını qeyd etməsiAzərbaycanın dağıdılmış dini-mədəni irsin bərpasınaverdiyi əhəmiyyəti göstərir.

 

Bu görüşün digər mühüm nəticəsi isə Prezident İlham Əliyevin TDT dini liderlərinin toplantısının gələcəkdəənənəvi formatda keçirilməsi ilə bağlı təşəbbüs irəlisürməsi oldu. Dövlət başçısının belə toplantıların hər il ya iki ildən bir keçirilməsinin mümkünlüyünü bildirməsi diniliderlər arasında müntəzəm fikir mübadiləsinin əməkdaşlığın institusional əsaslarının daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir.

 

Bütün bunlar göstərir ki, Bakıda keçirilən tədbirlər yalnıztəqvimə daxil olan beynəlxalq görüşlər deyil. OnlarAzərbaycanın Türk dünyası İslam aləmi iləmünasibətlərində formalaşan daha geniş mənəvi-siyasixəttin tərkib hissəsidir. Prezident İlham Əliyevin çıxışındatarixi şəxsiyyətlərimizin irsinə, Türk dünyasının birliyinə, dini liderlərin məsuliyyətinə sülh ideyasına eynikontekstdə toxunulması Azərbaycanın özünü bucoğrafiyalar arasında mənəvi mədəni əlaqələrin mühümmərkəzlərindən biri kimi təqdim etdiyini göstərir.

 

Nəticə etibarilə, Bakıda keçirilən iki ayrı beynəlxalq tədbiröz məzmunu etibarilə ortaq bir ideyanıtarixi yaddaşın, mənəvi dəyərlərin həmrəyliyin müasir dünyada dahaböyük əhəmiyyət qazandığını nümayiş etdirir. Prezidentİlham Əliyevin qəbul zamanı səsləndirdiyi fikirlər isəAzərbaycanın bu proseslərə münasibətini aydın şəkildəortaya qoyur: Türk dünyasının birliyi yalnız siyasi iqtisadi əməkdaşlıqla deyil, ortaq mənəvi dəyərlərinqorunması ilə möhkəmlənməlidir. Bakı görüşünün əsasmesajlarından biri məhz budurtarixdən gələn mənəvibağları gələcəyin davamlı əməkdaşlığına çevirmək.

Göyüş Göyüşov,
YAP Nərimanov rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button