AnalitikaDünyaGündəmSiyasət

Müdafiə Sənayesi və Birgə Fəaliyyət: TDT Ölkələrinin Geopolitik Gücü

Müasir beynəlxalq münasibətlər sistemində hərbi və müdafiə sənayesi sahəsində əməkdaşlıq dövlətlərin suverenliyinin və təhlükəsizliyinin əsas zəmanətçilərindən birinə çevrilib. Prezident İlham Əliyevin TDT-yə üzv və müşahidəçi ölkələrin təhlükəsizlik rəhbərləri ilə görüşündə də əsas diqqət yetirilən istiqamətlərdən biri müdafiə sənayesi sahəsində təcrübə mübadiləsi və birgə fəaliyyət imkanları oldu.

Son illərdə Azərbaycanın qazandığı zəngin hərbi-operativ təcrübə və Türkiyə başta olmaqla Türk dövlətlərinin müdafiə sənayesində əldə etdiyi texnoloji nailiyyətlər bu sahədə sinerji yaratmaq üçün geniş zəmin yaradır. Birgə hərbi təlimlərin keçirilməsi, hərbi texnika və texnologiyaların inteqrasiyası, eləcə də kritik infrastrukturun qorunması TDT-yə üzv ölkələrin müdafiə qabiliyyətini keyfiyyətcə yeni mərhələyə qaldırır.

Bu tərəfdaşlıq heç bir üçüncü tərəfə qarşı yönəlməyib, əksinə, Avrasiya məkanında sülhün, təhlükəsizliyin və nəqliyyat-logistika dəhlizlərinin sabit fəaliyyətinin təmin olunmasına xidmət edir. Bakı görüşü Türk dövlətlərinin ortaq təhdidlərə qarşı birgə müqavimət göstərmək və müdafiə sahəsində özünütəminat səviyyəsini artırmaq əzmində olduğunu növbəti dəfə təsdiqlədi.

Ofelya Nəsirova,
YAP Nizami rayon təşkilatının “Şirin Mirzəyev küçəsi, 53” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button