
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukraynanın sabiq prezidenti Viktor Yuşenko ilə görüşüb.
Aktualinfo Media Qrup Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev rəsmi sosial şəbəkə hesabında paylaşım edib.
“20 ildən artıq davam edən tanışlığımız əsnasında xoş xatirələrimizi bölüşdük, Azərbaycan-Ukrayna münasibətlərinin möhkəmləndirilməsi istiqamətində gördüyümüz birgə işləri xatırladıq və əlaqələrin gələcək perspektivləri barədə fikir mübadiləsi apardıq.
Görüş zamanı Ukraynanın Azərbaycandakı səfiri tərəfindən mənə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi”, – paylaşımda deyilir.



