AnalitikaGündəmSiyasət

Əhalinin Həyat Səviyyəsinin Yüksəldilməsi: Məşğulluq və Müasir Təminat

Prezident İlham Əliyevin Naxçıvana səfərinin ən mühüm ictimai tərəflərindən biri bilavasitə əhalinin məşğulluğu və sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı atılan konkret addımlardır. İşsizlik probleminin həlli məqsədilə irimiqyaslı layihələrə başlanılmışdır. Bu baxımdan Naxçıvan Sənaye Parkının təməlinin qoyulması və gələcəkdə müasir sənaye komplekslərinin yaradılması yeni iş yerlərinin açılmasına misilsiz təkan verəcəkdir.

Sosial xidmətlərin vətəndaşlara daha yaxın, şəffaf və operativ şəkildə çatdırılması dövlət siyasətinin prioritetidir. Bu istiqamətdə Naxçıvanda yeni DOST Mərkəzinin açılması çox mühüm hadisədir. Qeyd etmək lazımdır ki, həmin mərkəz vaxtilə məhz Prezident İlham Əliyevin göstərişi ilə insanlara daha gözəl xidmət göstərilməsi üçün yaradılmış “ASAN xidmət” mərkəzinin yanında dayanır. Təhsil infrastrukturunun bərpası çərçivəsində isə uşaq bağçalarının inşası və təmiri dövlət tərəfindən xüsusi diqqətə alınmışdır.

Yol və nəqliyyat infrastrukturu vətəndaşların gündəlik həyat rahatlığına birbaşa təsir edən əsas amildir. Məhz bu səbəbdən Prezident İlham Əliyevin tapşırığına əsasən, Naxçıvanda kənd yollarının yenidən qurulmasına böyük önəm verilir. Hazırkı planlara əsasən, təqribən 160 min nəfər əhalinin yaşadığı 26 yaşayış məntəqəsini əhatə edən 420 kilometr uzunluğunda müxtəlif kateqoriyalı yolların çəkilməsi və əsaslı şəkildə təmir olunması nəzərdə tutulur.

İctimai nəqliyyatda köhnə, standartlara cavab verməyən avtobusların tamamilə ləğv edilərək müasir elektrik avtobusları ilə əvəzlənməsi vətəndaşların ekoloji təmiz mühitdə hərəkətini təmin edir. Həmçinin, şəhərlərarası marşrutlarda vətəndaşların daha rahat mənzil başına çatması üçün 217 ədəd yeni, müasir rayonlararası avtobusun alınaraq istifadəyə verilməsi barədə göstəriş verilmişdir. Bütün bu sistemli işlər sübut edir ki, dövlətin icra etdiyi hər bir layihənin mərkəzində Naxçıvan əhalisinin firavanlığı dayanır.

Tofiq Rüstəmli,
YAP Nizami rayon təşkilatının “Babək prospekti, 2269-cu məhəllə, bina 1” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button