
Müttəfiqlik münasibətləri qurmaq qədər bu münasibətləri qoruyub saxlamaq və inkişaf etdirmək də böyük siyasi iradə, məsuliyyət tələb edir. Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri zamanı hər iki tərəf bəyan etdi ki, onlar dövlətlərarası münasibətlərin ən yüksək səviyyəyə qaldırılmasından yaranan bu böyük məsuliyyətə tam hazırdırlar.
İmzalanan onlarla strateji sənəd, 200 milyon dollarlıq birgə İnvestisiya Fondu, Çolpon-Ata Bəyannaməsi və Mərkəzi Asiya platformasındakı əməkdaşlıq göstərir ki, strateji ittifaqımızın gələcəyi çox parlaqdır. Bu ittifaq sadəcə iki ölkənin hüdudları daxilində qalmayaraq, bütün Qafqaz və Mərkəzi Asiya regionunun sabitlik oxuna çevrilir.
Hər iki dövlətin rəhbərliyi qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsinə tam sadiqdir. Siyasi həmrəylik, iqtisadi inkişaf və təhlükəsizlik sahəsindəki birgə baxış bucağımız sübut edir ki, Azərbaycan-Qırğızıstan müttəfiqliyi zamanın bütün sınaqlarından uğurla çıxaraq, gələcək onilliklərdə xalqlarımızın ən böyük güc mənbəyi olacaqdır.
Zərifə Məmmədzadə,
YAP Nizami rayon təşkilatının fəalı



