AnalitikaDünyaGündəmSiyasət

İqtisadi Əlaqələrin Genişlənməsi və Qarşılıqlı Sərmayələr

Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri zamanı iqtisadi əməkdaşlığın inkişafı ən mühüm müzakirə mövzularından biri olmuşdur. Hazırda ölkəmizdə 200-dən çox Almaniya şirkəti çox fəal və uğurla fəaliyyət göstərir.
Səfər çərçivəsində qarşılıqlı sərmayə qoyuluşu məsələləri ətrafında müzakirələr aparılmışdır. Alman şirkətlərinin Azərbaycanda daha geniş çərçivədə fəaliyyət göstərməsi üçün tərəflər konkret təkliflər irəli sürmüşlər.
İqtisadi əlaqələrin dərinləşməsi məqsədilə imzalanmış Bəyannamələrin icrası üçün bir neçə işçi qrup yaradılacaqdır. Bu addım sayəsində qəbul edilmiş qərarlar və imzalanmış sənədlər qısa zamanda həyatda öz əksini tapacaqdır.

Aytac Məhərrəmli,
YAP Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button