
Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfəri Türkiyənin aparıcı televiziya kanalları, xəbər agentlikləri, çap mediası və xəbər saytlarının diqqət mərkəzindədir.
Aktualinfo Media Qrup AZƏRTAC-a istinadən xəbər verir ki, Türkiyənin media orqanları Almaniyada görüşləri zamanı Azərbaycan liderinin qaldırdığı mövzular, o cümlədən Prezident İlham Əliyevin çıxışlarından əsas məqamlar barədə qardaş ölkənin ictimaiyyətini məlumatlandırıb.
Qardaş ölkənin bir sıra xəbər agentlikləri və televiziya kanalları Azərbaycan liderinin Berlindəki çıxışlarını canlı yayımlayıb.
Bakının enerji sektorunda Avropa ölkələri ilə fəal əməkdaşlığa hazır olması barədə Azərbaycan Prezidentinin fikirlərinə də geniş yer ayrılıb.
“Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”nin imzalanmasına xüsusi diqqət yetirilib.




