AnalitikaGündəmSiyasət

Azərbaycan-Çexiya Münasibətləri: Strateji Tərəfdaşlığın Yeni Mərhələsi

Çexiya Azərbaycanın Avropa İttifaqındakı ən yaxın tərəfdaşlarından biridir. Azərbaycan və Çexiya arasındakı münasibətlər son illərdə dinamik inkişaf mərhələsinə qədəm qoyub.

Prezident İlham Əliyevin Çexiya rəsmiləri, xüsusilə Baş nazir Andrey Babişlə görüşündən sonra mətbuata verdiyi bəyanatlar bu əlaqələrin yalnız iqtisadi deyil, həm də siyasi baxımdan yüksək səviyyədə olduğunu göstərir. Prezident İlham Əliyev bəyanatlarında iki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannaməni xüsusi vurğulayır: “Çexiya ilə Azərbaycan arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə bizim əlaqələrimizin mahiyyətini əks etdirir. Biz bir-birimizi strateji tərəfdaş hesab edirik və bu, sadəcə sözdə deyil, əməldə də özünü göstərir.”

Bu sənəd münasibətlərin hüquqi bazasını təşkil edərək, tərəflərin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə olan hörmətini təsdiqləyir.

Çexiya Azərbaycanın Avropa İttifaqındakı ən yaxın tərəfdaşlarından biridir və bu əməkdaşlıq regionun sabitliyinə mühüm töhfələr verir: “Çexiya Azərbaycanın Avropa İttifaqı ilə yaxınlaşmasında çox mühüm və konstruktiv rol oynayır. Bizim Aİ ilə olan əlaqələrimiz bərabərhüquqlu tərəfdaşlıq və qarşılıqlı maraqlar üzərində qurulub.”

Bəyanatda toxunulan ən mühüm sahələrdən biri energetikadır. Bu gün Azərbaycan Çexiyanın neft təchizatında mühüm rol oynayır. Çexiyanın xam neftə olan tələbatının təxminən 25-30%-ni Azərbaycan təmin edir. “Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır.

Bizim enerji resurslarımız bir çox Avropa ölkələrinin, o cümlədən Çexiyanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır və biz bu əməkdaşlığı genişləndirməyə hazırıq.” İki ölkə arasında ticarət əlaqələrinin diversifikasiyası və Çexiya şirkətlərinin Azərbaycandakı infrastruktur layihələrində (xüsusilə dəmir yolları və nəqliyyat sahəsində) iştirakı yüksək qiymətləndirilir.

Prezident İlham Əliyev bəyanatında həmçinin Çexiyanın Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı ədalətli mövqe nümayiş etdirdiyini, beynəlxalq hüquq normalarına sadiqliyini qeyd edib.

Görüşlərin yekunu olaraq vurğulanır ki, Azərbaycan və Çexiya arasında əməkdaşlıq üçün hələ istifadə olunmamış böyük potensial mövcuddur.

Xüsusilə də yüksək texnologiyalar və innovasiyalar, kənd təsərrüfatı məhsullarının ixracı və təhsil və humanitar sahədə tələbə mübadiləsi proqramları sahəsində yeni layihələrin həyata keçirilməsi gözlənilir Prezident İlham Əliyevin bəyanatında göstərir ki, Azərbaycanın xarici siyasətində Avropa ölkələri ilə bərabərhüquqlu və qarşılıqlı mənfəətə əsaslanan əlaqələrin qurulması prioritet istiqamətdir.

Həmidə Ələfsərova,
Kimya-biologiya təmayüllü liseyin əməkdaşı, Nizami rayonunun ictimai fəalı

Oxşar Xəbərlər

Back to top button