
ABŞ dövlət büdcəsi sabiq Prezident Cozef Baydenin administrasiyası dövründə korrupsiya və dələduzluq səbəbindən təxminən 500 milyard dollar itirib.
İcxeberinfo.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik edən İlon Mask ABŞ Hesablama Palatasının məlumatlarına əsasən bildirib.
“Bayden dövründə dövlət büdcəsi israfçılıq səbəbindən yarım trilyon dollar itirib. Biz bu göstəricini minimuma endirməyə, vergi ödəyicilərinin pullarının saxlanılması üçün hər şeyi etməyə çalışırıq”, – Mask “Fox Business” telekanalına müsahibəsində vurğulayıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın inauqurasiyasından dərhal sonra DOGE ABŞ büdcə xərclərinin geniş yoxlanılmasına başlayıb. İ.Maskın sözlərinə görə, xidmət Birləşmiş Ştatların dövlət xərclərini 2 trilyon dollar azaltmağı planlaşdırır.