GündəmSiyasətSosial
Trend

YAP Nizami rayon təşkilatının əməkdaşları və fəalları WUF13 sərgi pavilyonlarını ziyarət ediblər

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının əməkdaşları və fəalları Olimpiya Stadionunda nümayiş olunan pavilyonları ziyarət edərək sərgilərlə yaxından tanış olublar.

Aktualinfo Media Qrup xəbər verir ki, forum çərçivəsində şəhərsalma, dayanıqlı inkişaf, müasir infrastruktur, innovativ yanaşmalar və gələcəyin şəhər konsepsiyalarını əks etdirən müxtəlif təqdimatlar böyük maraq doğurub. Nümayiş olunan pavilyonlar iştirakçılara dünyanın müxtəlif ölkələrinin təcrübəsi, yeni urbanizasiya modelləri və şəhərlərin inkişaf istiqamətləri ilə tanış olmaq imkanı yaradıb.

Bu cür beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin dünyada artan nüfuzunun, qlobal platformalarda etibarlı tərəfdaş kimi mövqeyinin və inkişaf strategiyasının növbəti göstəricisidir. Eyni zamanda, belə mühüm forumlar gənclərin və ictimai fəalların yeni biliklər əldə etməsinə, müasir yanaşmalarla yaxından tanış olmasına mühüm töhfə verir.

Oxşar Xəbərlər

Back to top button