Siyasət

  • Dövlət büdcəsinin gəlirləri 20 milyarda çatır

    2025-ci ilin ilk altı ayında xəzinədarlıq orqanları tərəfindən 690 mindən çox ödəniş tapşırığı yerinə yetirilib və dövlət büdcəsinin gəlirləri proqnozla müqayisədə artıqlaması ilə icra olunub.

    İcxeberinfo.az “Qafqazinfo”-ya istinadən məlumat verir.

    Bildirilib ki, bu ilin yanvar-iyun ayları üzrə dövlət büdcəsinin gəlirləri 19 803,9 milyon manat təşkil edib ki, bu da altı aylıq proqnozu 704,8 milyon manat və ya 3,7 faiz üstələyib.

    Gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 8 703,7 milyon manat təşkil edərək proqnozdan 466,4 milyon manat və ya 5,7 faiz,  Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 3 091,1 milyon manat təşkil edərək proqnozdan 4,1 milyon manat və ya 0,1 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 21,9 milyon manat təşkil edərək proqnozdan 5,1 milyon manat və ya 30,3 faiz, Dövlət Neft Fondundan transfert isə 7 240,5 milyon manat təşkil edərək proqnoza qarşı 100,0 faiz və sair daxilolmalar 434,6 milyon manat təşkil edərək proqnozdan 314,1 milyon manat və ya 3,6 dəfə çox icra edilib.

    Eyni zamanda, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 312,1 milyon manat təşkil edərək proqnozdan 84,9 milyon manat və ya 21,4 faiz az icra olunub.

    Yanvar-iyun ayları üzrə dövlət büdcəsinin xərcləri isə 17 275,9 milyon manat proqnoza qarşı 17 095,6 milyon manat və ya 99,0 faiz səviyyəsində yerinə yetirilib.

Qarabağ və Şərqi Zəngəzur

    Analitika
    İyun 3, 2025

    Laçının yenidən qurulması təkcə Azərbaycanın deyil, bütün türk-islam aləminin qürur mənbəyidir

    2025-ci il 28 May – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-ci ildönümü ölkənin tarixində yeni bir şanlı səhifə ilə yadda qaldı.…
    Analitika
    Fevral 25, 2025

    Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub

    1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırımı aktı törədilmişdir. Təkcə…
    Analitika
    Fevral 25, 2025

    Xocalı soyqırımı təkcə Azərbaycanın deyil, bütün bəşəriyyətin faciəsidir

    Xocalı soyqırımı 26 fevral 1992-ci ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində, Xocalı şəhərində erməni silahlı qüvvələri tərəfindən törədilmiş kütləvi qətliamdır. Bu…
    Back to top button