AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Zəfərdən suverenliyə uzanan yol  

Azərbaycanın 2020-ci ildə qazandığı Zəfər ölkənin ərazi bütövlüyünün bərpasında əsas mərhələ oldu. Lakin Azərbaycan dövlətinin Qarabağ üzərində tam suverenliyinin təmin olunması 2023-cü ilin sentyabrında baş verən hadisələrlə tamamlandı.

Prezident İlham Əliyevin 20 sentyabr 2023-cü il tarixli xalqa müraciətində lokal antiterror tədbirlərinin nəticəsində Azərbaycanın suverenliyini bərpa etdiyi bildirildi.

Bu proses 27 Sentyabr Anım Gününün tarixdəki yerini də daha geniş kontekstdə göstərir. 2020-ci ildə başlayan mübarizə sonrakı illərdə müxtəlif mərhələlərdən keçərək Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin təmin olunması ilə nəticələndi.

Bu gün Azərbaycanın Dövlət Bayrağının bütün ərazidə dalğalanması Zəfər tarixinin mühüm nəticələrindən biridir. Prezidentin 2023-cü il hadisələrindən sonra 20 sentyabrı Dövlət Suverenliyi Günü elan etməsi də bu tarixi nəticənin rəsmi ifadəsidir.

Nahidə Rzayeva,
YAP Nizami rayon təşkilatının “Keşlə qəsəbəsi, Köndələn küçəsi” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button