AnalitikaGündəmSiyasət

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı: Güclü dövlət, milli birlik və davamlı inkişafın siyasi təminatı

Azərbaycan Respublikasının Prezidenti, Yeni AzərbaycanPartiyasının Sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayında çıxışı ölkəmizin qazandığı tarixi nailiyyətlərinqiymətləndirilməsi və gələcək hədəflərin müəyyənləşdirilməsibaxımından mühüm əhəmiyyət daşıyır. Çıxışda səsləndirilənfikirlər Azərbaycanın müstəqil siyasətinin, milli maraqlaraəsaslanan inkişaf strategiyasının və xalq–iqtidar birliyininəhəmiyyətini bir daha nümayiş etdirir.

 

Yeni Azərbaycan Partiyasının yaranması ölkəmizinmürəkkəb tarixi dövründə xalqın güclü dövlətçilik iradəsininifadəsi olmuşdur. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi iləformalaşan siyasi ənənələr müstəqil Azərbaycanın qorunmasına, sabitliyin təmin edilməsinə və dövlət institutlarınınmöhkəmləndirilməsinə mühüm töhfə vermişdir. Bu gün həminənənələr Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni dövrünçağırışlarına uyğun şəkildə davam etdirilir.

 

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası xalqımızın tarixində xüsusi yer tutan hadisədir. Bu qələbə milli iradəmizin, siyasi qətiyyətimizin və birliyimizinnəticəsidir. Dövlətimizin əldə etdiyi uğurlar göstərir ki, milli məqsədlər ətrafında birləşən xalq qarşısına qoyduğu stratejihədəflərə nail olmaq gücünə malikdir.

 

Qurultayda diqqət yetirilən mühüm məsələlərdən biri dəideoloji təhlükəsizliyin qorunmasıdır. Qloballaşan dünyadainformasiya təsirlərinin artdığı bir şəraitdə milli-mənəvidəyərlərimizin qorunması, gənclərin vətənpərvərlik ruhundatərbiyəsi və cəmiyyətin maarifləndirilməsi xüsusi aktuallıq kəsbedir. Bu istiqamətdə partiya təşkilatlarının üzərinə mühümvəzifələr düşür. İctimaiyyətlə düzgün ünsiyyətin qurulması, dövlətimizin nailiyyətlərinin obyektiv şəkildə çatdırılması vəvətəndaş fəallığının artırılması ideoloji işin əsasistiqamətlərindən olmalıdır.

 

Ölkəmizdə həyata keçirilən iqtisadi və sosial islahatlar, müdafiə potensialının gücləndirilməsi, beynəlxalq əlaqələringenişləndirilməsi Azərbaycanın dayanıqlı inkişafına xidmət edir. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri, BöyükQayıdış Proqramının icrası isə dövlətimizin öz vətəndaşlarınagöstərdiyi diqqət və qayğının mühüm təzahürüdür.

 

Hesab edirəm ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında müəyyənləşdirilən vəzifələr hər bir partiyaüzvündən məsuliyyətli mövqe, fəallıq və yüksək vətəndaşlıqmövqeyi tələb edir, əsas məqsədimiz dövlətçilik prinsiplərinəsadiq qalmaq. 

 

İnanıram ki, xalqımızın birliyi, dövlətimizin gücü vəPrezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qarşıdakıillərdə də mühüm nailiyyətlər əldə edəcək, müstəqilliyini vəbeynəlxalq nüfuzunu daha da möhkəmləndirəcəkdir.

 

Azərbaycanın gələcəyi milli birliyimizdə, güclüdövlətçiliyimizdə və ümumi məqsədlər naminə birgəfəaliyyətimizdədir.

Jalə Həsənova,
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin tabeliyində Sosial XidmətlərAgentliyinin 1 nömrəli Uşaq Reabilitasiya Mərkəzinin direktoru

 

Oxşar Xəbərlər

Back to top button