
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Əliağa Kürçaylı küçəsi, 8” ünvanında yerləşən ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqdən irəli gələn vəzifələrə həsr olunmuş tədbir keçirilib.
Aktualinfo Media Qrup xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Bakı Şəhər Statistika İdarəsinin rəisi Xosrov Əbdürəhmanov, YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, Bakı Şəhər Statistika İdarəsinin rəis müavini Səbuhi Mərdanov və digər şəxslər çıxış ediblər.
Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin Azərbaycanın davamlı inkişafının, sosial-iqtisadi tərəqqisinin və dövlət idarəçiliyinin təkmilləşdirilməsinin əsasını təşkil etdiyi vurğulanıb. YAP-ın VIII Qurultayında müəyyənləşdirilən vəzifələrin icrasında partiya üzvlərinin fəallığının, dövlətçilik prinsiplərinə sadiqliyinin və ictimai-siyasi proseslərdə məsuliyyətli iştirakının əhəmiyyəti qeyd olunub.
Qeyd olunub ki, YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrin ardıcıl həyata keçirilməsinin, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji hədəflərin dəstəklənməsinin və statistika sahəsində şəffaflığın, dəqiqliyin və məlumatların keyfiyyətinin daha da artırılması vacibdir.




