AnalitikaGündəmSiyasət

Xalqımızın Tarixi Yaddaşında Bayraq Ənənələri

Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində müxtəlif bayraqlar və rəmzlər mövcud olmuşdur ki, bunların hər biri xalqımızın inkişaf yolunu əks etdirir. Qədim dövlətlərimizin, xanlıqlarımızın və orta əsr hökmdarlarımızın istifadə etdiyi bayraqlar bu gün muzeylərimizdə qorunub saxlanılan qiymətli eksponatlardır. Bu tarixi irs xalqımızın dövlətçilik ənənələrinin nə qədər qədim və zəngin olduğunu sübut edir.

Tarixi yaddaşın qorunması və gələcək nəsillərə çatdırılması xalqın milli kimliyinin yaşaması üçün həyati əhəmiyyət daşıyır. Xalqımız əsrlər boyu baş verən müxtəlif siyasi kataklizmlərə baxmayaraq, öz azadlıq idealını və dövlətçilik rəmzlərinə olan hörmətini itirməmişdir. Bu tarixi varislik müasir Azərbaycanın təməl daşını təşkil edir.

Mekteblərdə və tarixi muzeylərdə təşkil edilən ekskursiyalar zamanı şagirdlərə qədim bayraqlarımız haqqında ətraflı məlumat verilir. Gənclər keçmişimizlə bu günümüzü müqayisə edərək müstəqilliyimizin nə qədər böyük zəhmətlər bahasına əldə olunduğunu dərk edirlər. Tarixi yaddaş xalqın mənəvi güc mənbəyidir.

Dövlət Bayrağı Günü bizə keçmişimizi xatırlatmaqla yanaşı, tariximizə sahib çıxmağın vacibliyini bir daha öyrədir. Keçmişini unutmayan xalq gələcəyini daha inamla qurur. Üçrəngli bayrağımız keçmişin müqəddəs mirası və gələcəyin əbədi zəmanətidir.

Kəmalə Rəsulova,
YAP Nizami rayon təşkilatının “Çobanzadə küçəsi, 69” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button