Milli Yaddaşın Qorunmasında Tarixi Hadisələrin Rolu

Milli yaddaş xalqın keçmişini, tarixi hadisələrini və mühüm şəxsiyyətlərini gələcək nəsillərə ötürən əsas vasitələrdən biridir. Müasir Azərbaycan tarixində baş vermiş hadisələrin öyrənilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
2020-ci ildə baş vermiş Vətən müharibəsi də Azərbaycanın müasir tarixinin mühüm səhifələrindən biridir. Həmin dövrdə baş verən hadisələrin araşdırılması və tarixi faktların öyrənilməsi milli yaddaşın qorunmasına xidmət edir.
Şəhidlərin həyat və döyüş yolları haqqında məlumatların təhsil müəssisələrində və ictimai tədbirlərdə təqdim olunması gənc nəslin tarixi biliklərinin artırılmasına imkan yaradır.
Tarixi yaddaşın qorunması yalnız keçmişi xatırlamaq deyil, həm də gələcək nəsillərə düzgün məlumat ötürmək deməkdir. Bu istiqamətdə aparılan maarifləndirmə işləri mühüm əhəmiyyət daşıyır.
Yasəmən Kərimova,
YAP Nizami rayon təşkilatının fəal üzvü



