AnalitikaGündəmSiyasət

Dağ-mədən və metallurgiya sənayesində yeni inkişaf mərhələsi: 2027–2030-cu illər üçün prioritetlər

Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi qeyri-neftsektorunun inkişafı istiqamətində son illərdə həyata keçiriləntədbirlər sənayenin strukturunda yeni imkanlarınformalaşmasına şərait yaradıb. Bu prosesdə təbii ehtiyatlarıniqtisadi dövriyyəyə cəlb edilməsi ilə yanaşı, onların daha yüksəkəlavə dəyər yaradan məhsullara çevrilməsi xüsusi əhəmiyyətdaşıyır. Məhz bu baxımdanAzərbaycan Respublikasında2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”nahəsr olunmuş müşavirə qarşıdakı dövr üçün bu sahədə görüləcəkişlərin istiqamətlərinin müzakirəsi baxımından diqqət çəkir.

Dağ-mədən metallurgiya sənayesi yalnız xammal hasilatı iləməhdudlaşan sahə deyil. Bu sektor mədənlərinaraşdırılmasından filizlərin çıxarılmasına, emalından metal istehsalına qədər bir-biri ilə bağlı çoxsaylı mərhələləri özündəbirləşdirir. Buna görə sahənin inkişafına bütöv istehsalzənciri prizmasından yanaşılması iqtisadi baxımdan daha genişnəticələr yarada bilər. Azərbaycanın mineral-xammalpotensialından daha səmərəli istifadə məsələsi son illərdə sənayesiyasətinin mühüm istiqamətlərindən birinə çevrilib. Burada əsasməsələ yalnız hasilat həcmlərinin artırılması deyil. Filizin emalı, zənginləşdirilməsi mümkün qədər daha yüksək əlavə dəyəryaradan məhsula çevrilməsi iqtisadi səmərəliliyin artırılmasıbaxımından xüsusi əhəmiyyət daşıyır. Bu yanaşma ölkəninidxaldan asılılığının müəyyən istiqamətlər üzrə azaldılması, yerliistehsal imkanlarının genişləndirilməsi sənaye müəssisələriarasında əlaqələrin gücləndirilməsi üçün yeni imkanlaryarada bilər.

Metallurgiya sənayesinin inkişafı digər istehsal sahələri ilə birbaşa əlaqəlidir. Tikinti, maşınqayırma, energetika, nəqliyyat, müdafiə sənayesi digər istiqamətlərdə metal məhsullarınaolan tələbatın müəyyən hissəsinin daxili istehsal hesabınaödənilməsi iqtisadiyyat daxilində yaranan dəyərin artmasınaşərait yaradır/ Bu səbəbdən dağ-mədən sektoruna yalnız hasilatsahəsi kimi deyil, geniş sənaye zəncirinin başlanğıc mərhələsikimi baxılması vacibdir. Sahənin qarşısında duran əsasməsələlərdən biri texnoloji yenilənmədir. Müasirmədənçilikdə rəqəmsal monitorinq sistemləri, geolojiməlumatların emalı, avtomatlaşdırılmış avadanlıqlar, resurslarındaha dəqiq qiymətləndirilməsi istehsal proseslərininoptimallaşdırılması həm məhsuldarlığa, həm təhlükəsizlikgöstəricilərinə təsir göstərir. Metallurgiyada isə enerjisəmərəliliyi, istehsal proseslərinin avtomatlaşdırılması, yeni emal texnologiyalarının tətbiqi məhsul çeşidiningenişləndirilməsi rəqabət qabiliyyətinin əsas elementlərindəndir.

2027–2030-cu illər üçün nəzərdə tutulan Dövlət Proqramının da bu baxımdan yalnız yeni istehsal güclərinin yaradılması ilədeyil, mövcud potensialın daha səmərəli istifadəsi texnolojiimkanların genişləndirilməsi ilə əlaqələndirilməsi sənayeninuzunmüddətli inkişafına xidmət edə bilər. Dağ-mədən metallurgiya sənayesinin inkişafı həm dövlət, həm özəl sektorüçün uzunmüddətli investisiya imkanları yaradanistiqamətlərdəndir. Bu sahədə layihələrin reallaşdırılması böyükmaliyyə resursları, texnoloji həllər, ixtisaslı kadrlar uzunmüddətli planlaşdırma tələb edir. İnvestisiya mühitininəlverişli olması, layihələrin şəffaf aydın çərçivədə həyatakeçirilməsi, yerli xarici şirkətlərin əməkdaşlıq imkanlarınıngenişləndirilməsi sənayenin inkişaf tempinə təsir göstərə biləcəkamillərdəndir.

Bununla yanaşı, yerli müəssisələrin istehsal zəncirinə daha fəalcəlb olunması da vacib istiqamətdir. Mədənçilik metallurgiyaətrafında formalaşan xidmət, logistika, avadanlıq, texniki servis digər sahələrdə yeni biznes imkanlarının yaranması iqtisadiaktivliyi genişləndirə bilər. Sənayenin texnoloji səviyyəsininyüksəlməsi kadr hazırlığı məsələsini ön plana çıxarır. Müasirmədən metallurgiya müəssisələrində ənənəvi peşələrlə yanaşı, avtomatlaşdırma, rəqəmsal texnologiyalar, geologiya, mühəndislik, texniki idarəetmə sənaye təhlükəsizliyi üzrəixtisaslı mütəxəssislərə ehtiyac artır. Bu baxımdan ali peşətəhsili müəssisələri ilə sənaye müəssisələri arasındaəməkdaşlığın genişləndirilməsi, tələbələrin real istehsalmühitində təcrübə imkanlarının artırılması yeni ixtisaslarınəmək bazarının tələblərinə uyğunlaşdırılması gələcək nəticələrbaxımından əhəmiyyətlidir.

Sənaye siyasətinin nəticəsi yalnız istehsal göstəriciləri iləölçülmür. Yeni yerlərinin yaradılması, peşəkar kadrlarınyetişdirilməsi, regionlarda iqtisadi fəallığın artması yerlisahibkarlığın inkişafı da bu prosesin mühüm nəticələrindən ola bilər. Dağ-mədən fəaliyyətinin genişlənməsi ətraf mühitinqorunması məsələsini xüsusi diqqət tələb edən istiqamətəçevirir. Müasir mədənçilikdə resurslardan səmərəli istifadə, tullantıların idarə olunması, su enerji resurslarının qorunması, istehsal ərazilərinin rekultivasiyası ekoloji monitorinqmexanizmləri mühüm yer tutur. Yeni layihələrin planlaşdırılmasızamanı iqtisadi səmərəliliklə yanaşı, ekoloji təhlükəsizlikmeyarlarının da nəzərə alınması uzunmüddətli inkişaf üçünvacib şərtdir. Bu yanaşma sənaye istehsalının genişləndirilməsiilə təbii ehtiyatların qorunması arasında daha balanslımünasibətin formalaşdırılmasına imkan verir. Dağ-mədənlayihələrinin əhəmiyyətli hissəsi regionlarla bağlı olduğundan, bu sahənin inkişafının regional iqtisadi proseslərə təsiri ayrıcaqeyd edilməlidir. Yeni istehsal müəssisələrinin yaradılmasıhəmin ərazilərdə xidmət sektorunun, logistikanın, tikintinin digər əlaqəli fəaliyyətlərin genişlənməsinə stimul verə bilər.Yerli əhalinin məşğulluğunun artırılması, regionlarda peşəhazırlığı imkanlarının genişləndirilməsi yerli sahibkarlarıntəchizat zəncirinə cəlb edilməsi belə layihələrin sosial-iqtisaditəsirini daha da genişləndirə bilər. Bu baxımdan DövlətProqramının qarşıdakı illərdə yalnız konkret sənayegöstəricilərinə deyil, həmin istehsalın ətrafında yaranacaqiqtisadi ekosistemə təsir göstərməsi gözlənilir.

2027–2030-cu illər dağ-mədən metallurgiya sənayesi üçünyeni yanaşmaların praktik müstəviyə keçirildiyi mərhələ kimixarakterizə oluna bilər. Burada əsas məsələ mövcud resurslarınhasilatı ilə kifayətlənmədən, onların emal imkanlarınıngenişləndirilməsi, istehsal zəncirinin dərinləşdirilməsi, texnologiyaların yenilənməsi sənayenin digər sahələrləəlaqələrinin gücləndirilməsidir. Azərbaycanın sənayesiyasətində son illərdə formalaşan yanaşma iqtisadiyyatın dahaçox sahə üzrə dayanıqlı istehsal imkanlarına malik olmasınınəzərdə tutur. Dağ-mədən metallurgiya sənayesi buprosesin mühüm istiqamətlərindən biridir. Dövlət Proqramıçərçivəsində müəyyənləşdiriləcək konkret tədbirlərin ardıcılhəyata keçirilməsi nəticəsində hasilat emal imkanlarınıngenişləndirilməsi, yeni investisiya layihələrinin təşviqi, müasirtexnologiyaların tətbiqi, ixtisaslı kadr potensialının artırılması yerli istehsal zəncirinin gücləndirilməsi üçün yeni imkanlarınyaranması mümkündür.

Nəticə etibarilə, dağ-mədən metallurgiya sənayesinininkişafına dair 2027–2030-cu illər üçün müəyyənləşdirilənyanaşma təkcə ayrı-ayrı müəssisələrin fəaliyyətiningenişləndirilməsi məsələsi deyil. Söhbət təbii resurslardanbaşlayaraq emal, istehsal, texnologiya, insan kapitalı regional iqtisadi fəallığı əhatə edən daha geniş sənaye sistemininformalaşdırılmasından gedir. Bu istiqamətdə atılacaq addımlarınəsas göstəricisi isə hasil olunan xammalın həcmi ilə yanaşı, həmin resursların ölkə daxilində qədər əlavə dəyər yaratması, hansı yeni istehsal sahələrinə imkan açması iqtisadiyyatındigər sektorları ilə dərəcədə səmərəli əlaqələndirilməsiolacaq.

Nərminə Qədirova,
YAP Nərimanov rayon təşkilatının məsləhətçisi

 

Oxşar Xəbərlər

Back to top button