AnalitikaGündəmSiyasət

AZƏRBAYCAN BAYRAĞI VƏ TARİXİ ƏDALƏTİN BƏRPASI

Azərbaycan xalqının tarixi torpaqlarına bağlılığı və ərazi bütövlüyünün bərpası arzusu uzun illər milli düşüncəmizin əsas istiqamətlərindən biri olmuşdur. Üçrəngli Dövlət Bayrağımız bu arzunun, mübarizənin və dövlət suverenliyinin rəmzidir. Bayrağımızın azad edilmiş ərazilərdə ucaldılması tarixi ədalətin bərpasının ifadəsidir.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində torpaqlarımızın işğal olunması xalqımıza ağır faciələr yaşatmışdır. Şəhər və kəndlərimiz dağıdılmış, tarixi və dini abidələrimizə zərər vurulmuş, yüz minlərlə insan doğma yurdlarından didərgin düşmüşdür. Buna baxmayaraq, xalqımız öz torpaqlarına qayıdacağına və ərazi bütövlüyünü bərpa edəcəyinə inamını itirməmişdir.

Azərbaycan dövləti uzun illər ərzində münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinə çalışmışdır. Eyni zamanda, ölkənin müdafiə qabiliyyəti gücləndirilmiş, iqtisadi potensial artırılmış və beynəlxalq mövqelər möhkəmləndirilmişdir. Bu hazırlıq sonrakı tarixi hadisələrdə mühüm rol oynamışdır.

2020-ci ildə Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində tarixi nailiyyət əldə edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. Üçrəngli bayrağımızın azad edilmiş şəhər və kəndlərimizdə ucaldılması xalqımızın uzun illər gözlədiyi tarixi an oldu.

Bu gün azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri davam etdirilir. Tarixi abidələrimiz bərpa olunur, yaşayış məntəqələri yenidən qurulur və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı həyata keçirilir. Bayrağımız bu torpaqlarda dövlət suverenliyimizin və əbədi varlığımızın rəmzi kimi dalğalanır.

Arif Məmmədov,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button