DünyaSosial

Ankarada Qafqaz İslam Ordusunun qəhrəmanlarının xatirəsi yad ediləcək

Sentyabrın 15-də Türkiyənin paytaxtı Ankarada Qafqaz İslam Ordusunun döyüşçülərinin xatirəsinə həsr olunmuş tədbir keçiriləcək.

Aktualinfo Media Qrup ” Azərtac ” – a istinadən  xəbər verir ki, tədbirə təşkilati dəstəyi ölkəmizin Ankaradakı səfirliyi və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu göstərəcək.

Tədbirdə Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi strukturlarının nümayəndələrinin də iştirakı nəzərdə tutulur.

Tədbirdə1918-ci ildə Bakını erməni daşnaklarından və bolşeviklərdən azad edən Qafqaz İslam Ordusunun tarixi rolu barədə məlumat veriləcək.

Oxşar Xəbərlər

Back to top button