
Dünyanın diqqətini qüdrəti ilə özünə cəlb edən Azərbaycan misli görünməmiş bir tarix yazaraq, xalqımızın Zəfər salnaməsinə imza atdı. Tarixi zəfərimiz müstəqil Azərbaycandövlətini tarixində mühüm mərhələni təşkil edir. Dünyaya, düşmənə məğrur və yenilməzxalq olduğunu göstərən Azərbaycan Ali Baş Komandan, Prezident İlham Əliyevinrəhbərliyi altında qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Ermənistanın30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, işğala son qoyanAzərbaycan bir-birinin ardınca böyük bayramlarını qeyd edir. Zəfər gününü, Bayraqgününü yaşamış Azərbaycan bu gün tarixi müstəqillik tarixinin ən əlamətdar gününüqeyd edir. Azərbaycanın siyasi arenada, döyüş meydanında misilsiz uğura imza ataraqtarixi ədaləti bərpa eən ölkəmizdə 12 Noyabr Azərbaycan Respublikası KonstitusiyasıGünüdür. Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunduğu günü ilk milliKonstitusiyamızın qəbul edilməsindən 31 il ötür. Azərbaycan xalqının Ümummilli LideriHeydər Əliyevin, bilavasitə təşəbbüsü və müəllifliyi ilə hazırlanmış ilk milli Konstitusiya – Ana Qanunumuz müasir dövrün ən mütərəqqi konstitusiyalarından biri olmaqla, suverendövlətçilik tariximizdə yeni mərhələ təşkil edir. 1995-ci il noyabrın 12-də Azərbaycanxalqı çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, ümumxalq səsverməsi – referendum yolu ilə özünün ilk milli Konstitusiyasını qəbul edib. Referendumdaseçicilərin 86 faizi edərək onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səsverdi. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə mindi. Konstitusiyanınqəbulundan sonra ölkəmizdə hüquqi dövlət quruculuğu və insan haqlarının təminisahəsində əhəmiyyətli dəyişikliklər baş verdi. 1996-cı il fevralın 6-da Ulu Öndər HeydərƏliyevin Sərəncamı ilə noyabrın 12-i Azərbaycan Respublikası Konstitusiya Günü elanedildi. Hər il 12 noyabr – Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunduğugün ölkəmizdə rəsmi dövlət bayramı kimi qeyd olunur.
Azərbaycan xalqı bütün cəmiyyətin və hər kəsin firavanlığını, azadlığını vətəhlükəsizliyinin bərqərar edilməsinə nail oldu. 5 bölmə, 12 fəsil, 158 maddə və keçidmüddəalarından ibarət olan konstitusiyanın mühüm özəlliklərindən biri də vətəndaşhüquq və azadlıqlarına geniş yer ayrılması idi. 1996-1997-ci illərdə Azərbaycan insanhüquq və azadlıqlarının, demokratik təsisatların inkişafının təminatı ilə bağlı bir sırabeynəlxalq konvensiyalara qoşuldu. 1998-ci il fevralın 10-da Azərbaycanda ölüm hökmüləğv edildi. Azərbaycan MDB məkanında və müsəlman dünyasında bu tarixi qərarıqəbul edən ilk dövlət idi. 14 iyul 1998-ci il tarixdə Azərbaycanda konstitusion müstəvininən vacib institutlarından biri – Konstitusiya Məhkəməsi fəaliyyətə başladı. 1998-ci ilavqustun 6-da Ümummilli Lider Heydər Əliyev konstitusion hüququn təməlprinsiplərindən olan söz azadlığının təminatı ilə bağlı mühüm bir qərara imza atdı. Beləki, mətbuat üzərində senzura tamamilə ləğv edildi. 1999-cu il dekabrın 12-də Konstitusiyada təsbit olunmuş keçid müddəalarından daha birinə əməl olundu – ölkədəilk bələdiyyə seçkiləri keçirildi, yerli özünüidarə institutu fəaliyyətə başladı.
Əlbəttə ki, əldə edilən uğurlar, yeni çağırışlar konstitusiyamıza da təsirsiz ötüşmədi. Yeni dövrün tələblərinin yaratdığı zərurət Azərbaycan Konstitusiyasına bir neçə dəfəəhəmiyyətli dəyişikliklər və əlavələr edilməsi ilə nəticələnib. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. Yeni dövrın çağırışlarına cavab olaraqPrezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmişreferendumla Konstitusiyaya üçüncü dəfə əlavələr və dəyişikliklər edilib. Konstitusiyanın29 maddəsinə edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövləthakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinintəkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasınayönəlmiş oldu.Son dəyişikliyə əsasən idarəetmə sistemində yeni təsisat – Birinci vitse-prezidentlik institutu yaradıldı. Müstəqil Azərbaycanda bu yeni təsisat dövlət vəhakimiyyət idarəetmə mexanizmində funksional institut olaraq yenilənən respublikanınyeni idarəetmə modeli oldu. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadibazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlıtəminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha dagenişlənməsindən irəli gəlirdi.
Xüsusilə qeyd edək ki, Azərbaycan Respublikasının Konstitusiyasının müddəalarınıbərpa etmək, suveren Azərbaycanın təməlini qoymaq üçün 19 sentyabr 2023-cü ildəantiterror əməliyyatı başladı. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başaçatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusunun qarşıya qoyulmuş bütüntapşırıqları yerinə yetirməsi nəticəsində Azərbaycan dünya tərəfindən tanınmış bütünəraziləri üzərində suverenliyini tam təmin etdi. Müstəqilliyinin bərpasından sonra daimtəcavüz və işğala, eləcə də beynəlxalq təşkilatların təzyiqlərinə məruz qalanAzərbaycan Respublikası müstəqilliyinə və ərazi bütövlüyünə tam qovuşdu. Azərbaycanın şanlı bayrağı bütün ərazilərimizdə dalğalandı. Azərbaycanın Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasəti, şəhidlərimizin vəqazilərimizin canı, qanı bahasına böyük Zəfər salnaməsi yazıldı.
Artıq Azərbaycan Respublikası öz hakimiyyətini, Azərbaycan Konstitusiyasınınmüddəalarını özünün bütün ərazisi üzərində tam sərbəstliklə həyata keçirir. AzərbaycanRespublikasının qanunlarının aliliyinin, suverenliyin əbədiliyinin təmini üçün biz bu alidəyərləri tam qorumalıyıq. Ölkə Prezidentinin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsiməhz həmin dəyərlərin tam mənimsənilməsinə, onların qorunması və əbədiliyinə xidmətedir.
Bu gün Azərbaycan xalqı bütün sahələrdə yeni inkişaf tarixinə qədəm qoyub. Artıqdövlət suverenliyimiz tam, ərazilərimiz bütöv, sərhədlərimiz isə toxunulmazdır.
Xalqımızın 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər sayəsində artıqaltıncı ildir ki, 12 noyabr – Konstitusiya Günü ölkəmizin hər bir vətəndaşı tərəfindən daha böyük sevinclə, fəxarətlə qeyd olunur.
Elxan Quliyev,
Əməkdar müəllim



