AnalitikaGündəmSiyasət

8 Noyabr – Zəfər Günü: Qürurumuz, fəxrimiz və tariximizin şanlı səhifəsi

Azərbaycan xalqının tarixində elə günlər var ki, həmin günlər yalnız təqvimdə birtarix deyil, bütöv bir xalqın qürurunu, iradəsini, birliyini və yenilməz ruhunu özündəyaşadır. 8 Noyabr – Zəfər Günü də məhz belə əlamətdar günlərdən biridir. Bu günxalqımızın yaddaşına qəhrəmanlıq, vətənpərvərlik və tarixi ədalətin təntənəsi kimi əbədihəkk olunub.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan tarixində yenibir dövrün başlanğıcı oldu. 44 gün davam edən bu müharibə xalqımızın Vətən sevgisini, ordumuzun gücünü, əsgər və zabitlərimizin fədakarlığını bütün dünyaya nümayiş etdirdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızınazadlığı uğrunda misilsiz qəhrəmanlıq göstərərək tarixi Zəfərə imza atdı.

Bu Zəfərin zirvəsi isə 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi oldu. Qarabağın tacı, Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanın azadlığı xalqımız üçünxüsusi mənəvi əhəmiyyət daşıyırdı. Şuşanın azad edilməsi ilə Azərbaycan xalqınınqüruru, milli ruhu və tarixi yaddaşı yenidən öz zirvəsinə yüksəldi.

Zəfər Gününü bizə yaşadanların ən böyük qəhrəmanları isə Vətən uğrundacanından keçən şəhidlərimizdir. Onların qanı ilə yazılan bu şanlı tarix heç zaman unudulmayacaq. Yaralı qazilərimizin fədakarlığı, igid əsgərlərimizin döyüş əzmi vəailələrin səbr və dözümü bu qələbənin ayrılmaz hissəsidir. Hər bir şəhidin adı xalqımızınqəlbində əbədi yaşayacaq, onların qəhrəmanlığı gələcək nəsillərə örnək olacaq.

8 Noyabr yalnız hərbi qələbənin qeyd olunduğu gün deyil. Bu tarix həm də milli birliyimizin, həmrəyliyimizin və dövlətimizin qüdrətinin təcəssümüdür. Müharibədövründə bütün Azərbaycan xalqı bir amal ətrafında birləşdi: Vətənimizin ərazibütövlüyünün bərpası. Ön cəbhədə döyüşən əsgərlə arxa cəbhədə ona mənəvi dəstəkolan hər bir vətəndaş bu Zəfərin bir parçasına çevrildi.

Bu gün azad Qarabağda həyata keçirilən quruculuq və bərpa işləri Zəfərimizindavamıdır. Yenidən qurulan şəhərlər, kəndlər, yollar, məktəblər və digər infrastrukturobyektləri doğma torpaqlarımızda həyatın yenidən canlanmasının göstəricisidir. BöyükQayıdış prosesi ilə öz yurdlarına dönən insanların sevincində 8 Noyabrın mənası birdaha aydın görünür.

Zəfər Gününün ən mühüm mesajlarından biri də budur: Vətən sevgisi sözlə deyil, əməl və fədakarlıqla sübut olunur. Bu müqəddəs tarixi yaşatmaq, şəhidlərimizin əzizxatirəsini uca tutmaq, qazilərimizə ehtiram göstərmək və ölkəmizin inkişafına töhfəvermək hər birimizin mənəvi borcudur.

8 Noyabr – Zəfər Günü xalqımızın qürur salnaməsi, milli iradəmizintəntənəsi və gələcək nəsillərə miras qoyduğumuz şərəfli tarixdir.

Qoy üçrəngli bayrağımız daim yüksəklərdə dalğalansın! Şəhidlərimizin ruhu şad, qazilərimizin canı sağ olsun! Zəfərimiz əbədi, Azərbaycanımız daim var olsun!

Yaşasın müstəqil Azərbaycan! Qarabağ Azərbaycandır!

Sənəm Musayeva,
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Maliyyə şöbəsinin şöbəsinin maliyyə sektorunun böyük məsləhətçisi,
YAP Nərimanov rayon Təşkilatının fəal üzvü

 

Oxşar Xəbərlər

Back to top button