Müasir Azərbaycan Tarixində Vətən Müharibəsinin Yeri

2020-ci ildə baş vermiş Vətən müharibəsi Azərbaycanın müasir tarixinin mühüm hadisələrindən biridir. 27 sentyabrda başlayan müharibə 44 gün davam etmişdir.
Müharibə dövründə Azərbaycan Ordusunun hərbi qulluqçuları müxtəlif istiqamətlərdə döyüş əməliyyatlarında iştirak etmişlər. Həmin müddətdə baş verən hadisələr ölkənin ictimai və siyasi həyatında mühüm iz buraxmışdır.
Müharibə zamanı həyatını itirən şəhidlərin xatirəsi Anım Günü və digər tədbirlərdə ehtiramla yad edilir. Onların həyat və xidmət yolları haqqında məlumatların qorunması tarixi araşdırmalar üçün də əhəmiyyətlidir.
Vətən müharibəsinin öyrənilməsi Azərbaycanın müasir tarixinin daha yaxşı anlaşılmasına imkan verir. Bu hadisələrlə bağlı tarixi məlumatların gələcək nəsillərə çatdırılması mühüm vəzifələrdən biridir.
Sona Bəylərli,
YAP Nizami rayon təşkilatının “Qara Qarayev prospekti, 84” ərazi partiya təşkilatının sədr müavini



