Analitika

Zəngilan şəhəri yeni inkişaf mərhələsində

Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Rayon işğal edilərkən 1 şəhər, 5 qəsəbə və 79 kənddən ibarət idi. 27 illik işğal nəticəsində Zəngilanın sərvətləri düşmən tərəfindən tar-mar edilib, infrastruktur sıradan çıxarılıb, yaşayış məntəqələri vandalizimə məruz qalmışdır. Rayon ərazisində olan evlər, tarixi abidələr tamamilə dağıdılaraq, ağaclar məhv edilmişdir. Ermənistan işğal olunmuş ərazilərimizdə ekologiyaya ziyan vurmuş, mülki obyektlərin dağıdılmasını həyata keçirmişdir.

2020-cil oktyabr ayının 20-si Zəngilan şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsi ilə tarixi ədalət bərpa olundu. Ermənilərin eybəcər simaları, barbarlıqları, vəhşi, dağıdıcı xislətləri və vandalizmləri bütün dünyaya açıq-aşkar məlumdur. Xalqımız öz tarixi torpaqlarına 30 illik işğala son qoyaraq, tarixi ədaləti bərpa edərək geri qayıdır. Ermənistan tərəfindən viran qoyulmuş, dağıdılmış Azərbaycan torpaqları öz sahibinə  qovuşaraq özünün yeni çiçəklənən dövrünə qədəm qoyur. Dövlətimiz qısa zaman müddətində zəfər çalmış ölkə olaraq işğaldan azad edilmiş torpaqlarını cənnətə çevirir.

Bu gün Zəngilan rayonu  yeni inkişaf dövrünü yaşayır. Bərpa-quruculuq işləri surətlə davam edir. Azərbaycan Respublikasının 2022–2026-cı illər sosial-iqtisadi inkişaf Strategiyasında əks olunmuş işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışına dair I Dövlət Proqramı çərçivəsində həyata keçirilən genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafına xidmət edir. Ağalı kəndinə əhalinin köçürülməsi Böyük Qayıdışın ilk qədəmləridir. Bu gün Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir. Xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühim işlər görülməkdədir. Bu ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub.

Aynur Abbaszadə,
YAP Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button