Analitika

Zəngilan rayonunun azad olunmasında iştirak etmiş əsgər və zabitlərimizin igidliyini dövlətimiz yüksək qiymətləndirib

Azərbaycanın cənub-qərbində, Ermənistan və İranla sərhəddə yerləşən Zəngilan rayonu strateji cəhətdən böyük əhəmiyyət kəsb edən mövqedə yerləşir. “Dəmir yumruğ”un Zəngilan əməliyyatlarının ilk mərhələsi oktyabrın 18-də başlayıb. Bu əlamətdar günün təsis olunması Zəngilan şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Belə ki, bu gün – oktyabrın 20-də şəhərin erməni işğalçılarından təmizlənməsindən 3 il ötür.  44 günlük Vətən müharibəsinin 24-cü günündə, oktyabrın 20-də azadlığına qovuşan Zəngilanda Şərqi Zəngəzur iqtisadi rayonunu öz azadlığına qovşur.

İşğalçılar Zəngilanın zəngin təbiətinə qarşı da ekoloji terror törədib, rayon ərazisindəki təbii yataqlar vəhşicəsinə istismar edilib, “Bəsitçay” dövlət təbiət qoruğunda nadir Şərq çinarları qırılıb, yandırılıb. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün Ölkə Başçımız Cənab İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına başlanılıb. Artıq Zəngilan rayonunun Ağalı kəndinə, Tərtər rayonunun Talış kəndinə və Laçın, Füzuli şəhərlərinə məcburi köçkünlərin qayıdışı təmin olunub.

Zəngilan rayonunun azad olunmasında iştirak etmiş əsgər və zabitlərimizin igidliyini dövlətimiz yüksək qiymətləndirib. Zəngilanda və rayonun strateji yerlərində aparılan döyüş əməliyyatlarında tarixi Qələbəyə imza atan Dövlət Sərhəd Xidmətinin və Müdafiə Nazirliyinin hərbi qulluqçuları Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirərək düşmənə qarşı şücaətlə döyüşüblər.

Sübhan Ərəbi,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button