Uzun illərin doğma torpaq həsrəti sona çatmışdır!
İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun tarixi Zəfəri ilə başa çatdı, ərazilərimiz işğaldan azad edildi. Döyüş əməliyyatları içərisində Füzuli əməliyyatı xüsusilə seçilirdir. Füzuli 1993-cü avqustun 23-də işğal olunmuşdu. Böyük tarixi şəxsiyyət Heydər Əliyevin sərkərdəliyi ilə 1994-cü ilin yanvarında Horadiz əməliyyatı ilə rayonun 20-dən çox kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Sülh danışıqlarından yayınan Ermənistan yeni ərazilər işğal etmək niyyəti ilə müxtəlif miqyaslı təxribatlar törədirdi. 2020-ci il sentyabrın 27-də belə bir təxribat törətmək istədi. Azərbaycan Ordusunun hissələri hücumun qarşısını aldı, Ali Baş Komandanın döyüş əmri ilə əks-hücuma keçdi. Bu, İkinci Qarabağ müharibəsinin, mahiyyət baxımından Vətən müharibəsinin başlanğıcı oldu. Ordumuz düşmənin müdafiə sədlərini dağıtdı, ilkin mövqe qələbələri qazandı. Qazanılan hər qələbə ordumuzun şəxsi heyətini Böyük qələbəyə aparırdı. Füzuli oktyabrın 17-də işğaldan azad edildi. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə oktyabrın 17-si “Füzuli Günü” kimi qeyd olunur və bu il bis ilk dəfə bu möhtəşəm günü təntənəki surətdə qeyd etdik. Bu tarixi gün yaddaşlardan heç vaxt silinməyəcək, ordumuzun qəhramanlıq salnaməsi nəsillər boyu dillərdə gəzəcək!
Uzun illərin doğma torpaq həsrəti sona çatmışdır! Füzulililər ən qısa müddətdə düşmən tərəfindən viran qoyulmuş,yandırılmış, susuzluqdan qovrulmuş torpaqları inkişaf etdirərək əzəli və doğma torpaqlarını əsl cənnətə döndərəcəklər! Füzuli rayonunda aqrar sektorun yenidən qurulması və inkişafı ən müasir texnologiyaların tədbiqi ilə həyata keçirərək ixracyönümlü bir kənd təsərrüfatı rayonuna çevriləcəkdir.!
Bu ilin sonunadək 800 ailə oraya qayıdacaq. Sentyabrda 30 ildən sonra Füzuli şəhərində ilk zəng səslənəcək. Şəhərdə inşa edilən orta məktəb, demək olar, istifadəyə hazırdır. 2020-ci ilin 17 oktyabrında ölkənin hər yerində Füzulinin azad olunmasının qələbə sevinci yaşanırdı. Prezident İlham Əliyev rayonun erməni işğalçılarından təmizləndiyi xəbərini vermişdi. Bu tarixdən etibarən füzulilərin torpaq həsrəti bitdi, azərbaycanlılar üçün daha bir şərəfli səhifə açıldı.
Füzuli Vətən müharibəsinin gedişində Hadrut qədər çətin döyüşlər gedən ərazi idi. Ona görə də ona “ döyüşən şəhər “ adı verildi. Cənab Prezident İlham Əliyev müharibə gedən ərəfədə Füzuli əməliyyatının hərbi kitablara salınacağını bildirməklə, bu döyüşlərin ağırlığını, necə bir qəhrəmanlıqla qazanıldığını xalqın təsəvvüründə canlandırırdı və yaddaşında əbədi möhkəmləndirirdi.
Kərimov Qarabəy,
YAP-ın fəalı