
Azərbaycanın müstəqillik tarixində 1993-cü il xüsusi mərhələ təşkil edir. 3 oktyabrda Heydər Əliyevin prezident seçilməsi ölkənin siyasi həyatında mühüm dəyişikliklərlə müşayiət olundu.
Bu dövrdə Azərbaycanın qarşısında dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi kimi mühüm vəzifələr dayanırdı. Ölkənin daxili sabitliyinin təmin edilməsi, iqtisadiyyatın dirçəldilməsi və beynəlxalq əlaqələrin inkişaf etdirilməsi əsas istiqamətlərdən idi.
Heydər Əliyevin fəaliyyəti dövründə dövlətçilik institutlarının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlığını genişləndirdi və xarici siyasət sahəsində daha fəal mövqe tutdu.
3 Oktyabr tarixi bu baxımdan Azərbaycanın müstəqillik yolunda mühüm siyasi mərhələnin başlanğıcı kimi xatırlanır.
Sevda Abdullayeva,
YAP Nizami rayon təşkilatının “Özbəkistan küçəsi, 11” ərazi partiya təşkilatının sədri



