Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə YAP Şuşa rayon təşkilatı tərəfindən tədbirlər keçirilir

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə YAP Şuşa rayon təşkilatı tərəfindən silsilə tədbirlər keçirilir. Aprel ayının 30-da YAP Şuşa rayon təşkilatının və Şuşa rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında mini futbol turnirinə start verilmişdir.
İcxeberinfo.az xəbər verir ki, Şuşa rayon 6 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Vətən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Turniri Uşaq Gənclər İdman Şahmat məktəbinin direktoru Rəşad Rəsulov açaraq yarışın keçirilmə qaydası barədə idmançılara məlumat verib, yarış iştirakçılarına uğurlar arzulayıb.
Daha sonra çıxış edən YAP Şuşa rayon təşkilatının əməkdaşı Elmir Rzayev qonaqları salamlayaraq Ulu Öndərin xatirəsinin nəsillərin yaddaşında hər zaman yaşadığını bildirib. Partiya əməkdaşı Heydər Əliyevin təməlini qoyduğu sosial-iqtisadi inkişaf strategiyasının bu gün uğurla davam etdirildiyini, Ümummilli Liderin zəngin irsinin təbliğinin şagirdlərin müvafiq biliklərinin daha da zənginləşdirilməsinə zəmin yaratdığını diqqətə çatdırıb.O,həmçinin qeyd edib ki,bu gün də bu siyasi xətt Ümummilli Liderin layiqli davamçısı-Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Elmir Rzayev yarış iştirakçılarına uğurlar arzulamış, qaliblərin yekunda YAP Şuşa rayon təşkilatı tərəfindən Fəxri Fərman və hədiyyələrlə mükafatlandırılacağını diqqətə çatdırmışdır.




