Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə YAP Şuşa rayon təşkilatı tərəfindən silsilə tədbirlər keçirilir

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə YAP Şuşa rayon təşkilatı tərəfindən silsilə tədbirlər keçirilir. May ayının 6-da YAP Şuşa rayon təşkilatının 37 nömrəli ərazi partiya təşkilatının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi ilə bağlı tədbir keçirilib.
İcxeberinfo.az xəbər verir ki, əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə YAP Şuşa rayon təşkilatının əməkdaşı Elmir Rzayev,YAP Şuşa rayon təşkilatının 27 nömrəli ərazi partiya təşkilatının sədri Fikrət Mikayılov və 37 nömrəli ərazi partiya təşkilatının sədri Anar Cəbizadə çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, Ulu Öndərin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin müəyyənləşdirdiyi inkişaf kursunu böyük bacarıqla davam etdirir. Bildirib ki, bu gün ölkəmizin inkişaf edib, dünyada söz sahibinə çevrilməsi Heydər Əliyev ideyalarının təntənəsi, Prezident İlham Əliyevin siyasətinin nəticəsidir.




